0
Saturday 18 January 2014 - 22:33

“Kudüs” TV-dan gözləntilər

Story Code : 342599
“Kudüs” TV-dan gözləntilər
“Kudüs” TV-dan gözləntilər
Mərkəzi ofis Türkiyədə yerləşən “Kudüs” TV-nin Azərbaycanda yayımının dayandırılması ilə bağlı ötən yazılarımızda bəhs etmişdik. Belə televiziyada Azərbaycanla bağlı yayımlanan reportajdan sonra əliyev rejimi qəzəblənib bu kanalın yayımını ölkə üzrə blok etmişdi.

Bu hadisənin üstündən xeyli müddət keçəndən sonra Türkiyənin tanınmış yazarlarından olan Cahit Kılıç “Kudüs” TV-də “Bizim Kafkasiya” adlı proqram təsis etmək qərarına gəlib.

Proqramın məqsədi Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda sadə vətəndaşların məruz qaldıqları haqsızlıqlar barədə analitik və reportajlar hazırlamağı qarşısına məqsəd qoyub. Yazar Kılıç Azərbaycanda tanınmış qələm sahiblərindən biri olmaqla yanaşı həm də verdiyi açıqlamada bəyan edib ki, yeni proqramda Azərbaycanda məzlumların tapdanış haqlarından da söz açmaq niyyətindədir.

Yanvarın 17-də efirə gedəcək ilk verilişdə Cahit Kılıçın qonağı AXCP sədri Əli Kərimli olacağı gözlənilir. Verilişin ilk qonağının mətbuatda görməyə vərdiş etdiyim sima olduğundan indidən “Kudüs” TV-nin hansı uğurlara imza atacağını demək çətindir, ancaq yazar Kılıçın verdiyi açıqkamasına baxanda bir ümid yaranır. Əsas məsələ bundadır ki, belə bir layihəyə həqiqətən ehtiyac var, çünki bu zamana qədər Azərbaycanda məzlumların tapdanmış haqları haqqında reportajlar hazırlayan və analitik verilişlərlə tamaşaçıları məlumatlandıran heç bir kanal olmayıb. Xüsusilə, hicaba azadlıq tələb edən dindar fəalların şərlənərək həbsi, onların həbsxanada və təcridxanada qarşılaşdıqları işgəncələr, saxta ittihamların ifşasının işıqlandırılması, hicab məhbuslarının ailə üzvlərinin çəkdiyi əzab əziyyətlər, haqqında televiziya verilişləri hazırlayan kanallar demək olar ki, yoxdur, Türkiyədə isə ümumiyyətlə yoxdur.

Azərbaycan cəmiyyətini hicab məhbusları haqqında məlumatlandıran bəzi qəzet və internet səhifələri varsa da bu mövzuya lazımı genişlikdə diqqət ayırmırlar. Cahit Kılıçın layihəsi reallaşdıqdan sonra isə təkcə Azərbaycan deyil, həm də Türkiyə cəmiyyətində Azərbaycanda hicab qadağası, hicab məhbuslarının problemləri haqqında geniş məlumatlar veriləcək.

Bu layihənin bir önəmli tərəfi də elə budur, çünki Türkiyə cəmiyyətində Azərbaycanda baş alıb gedən haqsızlıq haqqında nə qədər geniş məlumatlar olarsa, bir o qədər haqqın səsinin əliyev rejimi tərəfindən boğulmasının qarşısına almağa ümid yaranar.

Türkiyədə həm Azərbaycana qarşı bir həssaslıq da var həm də cəmiyyətdə də bir müqavimət gücü var. Buna görə də “Bizim Kafqasiya” verilişindən Azərbaycandakı haqq səsi batan, tapdanan məzlum kəsimin gözləntisi çoxdur. Uğurlar olsun.
Source : Islamtimes
Comment