QR CodeQR Code

Ukrayna Azərbaycana təsir edəcəkmi?

Islamtimes , 31 Jan 2014 15:39

İslamtimes - Ekspertlərin fikrincə isə Ukrayna hadisələrinin Azərbaycana təsiri qaçılmazdır, ancaq heç kimi bunun nə zaman və hansı şəkildə baş verəcəyini dilə gətirmir.


Bu arada Ukraynada gərginlik səngimək bilmir, etirazçılar Yanukoviç hakimiyyətinə qarşı qətiyyətli addımlar atmaqda davam edir və artıq 12 əyalətdə yerli hakimiyyəti ələ keçirməyə müyəssər olub, baş nazir Nikolay Azarovun istefasına nail olublar.

Müxalifət liderləri açıq bəyan edirlər ki, geriyə addım atmalar mümkün deyil, onlar istəsələr belə narazı xalq müxalif liderləri eşitməyəcək və Yanukoviç hakimiyyətdən gedənə qədər mübarizə davam olacaq.

Ekspertlərin fikrincə isə Ukrayna hadisələrinin Azərbaycana təsiri qaçılmazdır, ancaq heç kimi bunun nə zaman və hansı şəkildə baş verəcəyini dilə gətirmir.

Bəziləri elə düşünür ki, İlham Əliyev Avropa İttifaqı ilə assosativ saziş imzalamaqdan imtina etsə bizdə də xalq etiraz edəcək, di gəl Əliyev bu imtinanı çoxdan edib və heç kim də etiraz etməyib.


Story Code: 347032

News Link :
https://www.islamtimes.org/az/fori_news/347032/ukrayna-azərbaycana-təsir-edəcəkmi

Islam Times
  https://www.islamtimes.org