0
Sunday 22 August 2010 - 05:06

İki şərt ödənməlidir

Story Code : 34971
İki şərt ödənməlidir
İki şərt ödənməlidir
"Türkiyə-Ermənistan sərhədlərin açılması məsələsi bir sıra şərtlərə bağlıdır. Bu şərtlər olmadan iki ölkə sərhədinin açılması qeyri-mümkündür. NATO-Ermənistan hərbi təlimlərinin vaxtı bəlli deyil", - deyə Erdem Ankaradan telefonla Trend- ə bildirib.
Bundan əvvəl bildirilmişdi ki, Türkiyə 2010-cu il sentyabrın 11-dən 17-dək Ermənistanda keçiriləcək NATO hərbi təlimləri çərçivəsində Türkiyə-Ermənistan sərhədlərinin qismən və müvəqqəti açılması imkanını istisna etmir, lakin Türkiyə XİN rəhbəri Əhməd Davudoğlu bu informasiyanı təkzib edib.
Erdem onu da qeyd edib ki, təlimlərin vaxtı dəqiqləşsə belə, Türkiyə bu təlimlər üçün Ermənistanla müvəqqəti də olsa sərhədlərini açan deyil.
Türkiyə ilə Ermənistan arasında sərhədlər 1993-cü ildə Yerevanın "erməni soyqırımı"nın dünyada tanınması iddiaları və Ermənistan SQ-nin Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bağlanıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. 1990-cı illərdə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.
Comment