0
Thursday 13 February 2014 - 00:47

Heç kim narahat deyil

Story Code : 351076
Heç kim narahat deyil
Heç kim narahat deyil
Bir neçə gün əvvəl xarici mənbələrə istnadən Azərbaycan mətbuatında yayılan məlumata görə İsrailin xüsusi xidmət orqanları bəyan edib ki, sionist rejimi İrana qarşı siyasətində Azərbaycanla sıx əməkdaşlıq edir. Belə bir məlumatın heç kim üçün yenilik olmamasını asanlıqla iddia etmək olar, reaksiyalardan da görünür ki, kimsə bu xəbərə təəccüblənmir.

Məlumatdakı iddianı da heç kim inkar etmir, rəsmi şəxslər və müstəqil ekspertlərin yekdil fikrinə görə İsrail Azərbaycanla sıx əməkdaşlıq edir, bu əməkdaşlıqda İsrailin müasir hərbi texnologiyalarının, silahlarının Azərbaycana verilməsi ən önəmli yer tutur və o da məlumdur ki, İsrail sadəcə pula görə bu texnologiyaları Azərbaycana vermir.

İsraildən eyni texnologiyaları almaq üçün həm Cənubi Amerikada həm də keçmiş SSRİ respublikalarından istəyən ölkələr var, sionistlər isə bu cür sıx əməkdaşlığı ABŞ və Avropadan başqa yalnız Azərbaycanla görür. Səbəbi də aydındır, İlham Əliyev hakimiyyəti İrana qarşı İsraillə əməkdaşlığa çox razılıq verib. Bir da qeyd edir ki, bunu heç kim inkar etmir, gizlətmir. Bəyanatlarının birində prezident Əliyev demişdi ki, Azərbaycanla İsrail arasındakı əməkdaşlıqda görünən məqamlar aysberqin yalnız görünən tərəfidir, bu bəyanat bir daha təsdiqləyir ki, Azərbaycanla İsrail arasındakı hərbi partnyorluğun məqsədi sadəcə silah alqı satqısı deyil.

Bu gün isə jurnalistlərdən biri yazıdığı yazıda qarışıq və anlaşılmaz bir şəkildə iddia etməyə çalışır ki, İsrail xüsusi xidmət orqanlarının bu cür bir açıqlaması onu göstərir ki, İsrail artıq Azərbaycanla əməkdaşlıq etməkdən imtina edir. Həmin jurnalistin nə demək istədiyini anlama elə də asan deyil, çünki fikirlərində təzadlar xeylidir, bununla belə iddiasında onu qeyd etməyə çalışır ki, bir halda ki, İsrail tərəfi açıq aşkar Azərbaycanla kəşfiyyat sahəsində münasibətlərini bəyan edirsə, deməli Azərbaycanı təhlükə qarşısına qoyur.

Yazar fikirlərini onunla əsaslandırır ki, İsraillə Azərbaycan arasında münasibətlərin aşkar şəkildə ifadə olunması İran və Türkiyənin İlham Əliyevə qəzəblənməsinə gətirib çıxara bilər. Üstəlik, jurnalist onu da qeyd edir ki, iki ölkə arasındakı hərbi əməkdaşlığı sübut edəcək heç bir dəlil yoxdur. Ancaq əməkdaşlıqla bağlı faktlar xeylidir, bundan başqa da prezident İlham Əliyev özü bəyan edib ki, İsraillə münasibətlərin daha dərin kökləri var. Daha nə baş verməlidir ki, bu cür adamlar, jurnalistlər həqiqəti olduğu kimi qəbul etsin və başa düşsün?

Əlbəttə jurnalistin bu cür yanaşması cəfəngiyyatdan başqa bir şey deyil. İsraillə Azərbaycan arasındakı dərin münasibətlərdən və bu əməkdaşlığın İrana qarşı yönəlməsindən İranı hakimiyyətinin də xəbəri var, buna baxmayaraq İran bu strateji əməkdaşlıqdan narahat deyil, İlham Əliyev də İranın narahat olmadığını gördükcə əməkdaşlığı daha da dərinləşdirir, genişləndirir. İranın narahat olmamasının səbəbi özünə güvənməsidir, İsraillə İslam Respublikası arasında hərbi qarşıdurma baş verərsə kim nədən narahat olacağını indi demək asan deyil.
Source : Islamtimes
Comment