0
Wednesday 12 February 2014 - 12:20

Düşmənçilk münasibətlərinə etiraz edən varmı?

Story Code : 351180
Düşmənçilk münasibətlərinə etiraz edən varmı?
Düşmənçilk münasibətlərinə etiraz edən varmı?
Ola bilər hansısa adamlar üçün gülməli görünə bilər, kimlərsə buna əhəmiyyət verməyə bilər, ancaq iş o yerə gəlib çatıb ki, Azərbaycanda nəinki İlham Əliyev hakimiyyəti hətta onun aləti olan partiyalar, QHT-lər, mətbuat orqanları və ekspertlər “siqnal” olan kimi İrana qarşı hücum etməkdə yüksək fədakarlıq göstərirlər.

Bu cür halları biz ayrı ayrı cəhdlərdə də görə bilərik, ümumi aparılan kampaniyada da. Bu günlərdə İranın “Nasr TV” adlı televiziyası Qarabağ uğrunda şəhid olan, Milli Qəhrəman Mübariz İbrahimov haqqında filim çəkib, həmin filimlə bağlı mətbuat və sosial şəbəkələrdə müzakirələr də aparılıb.

Münasibətlər birmənalı olmadı. Bu filmə görə İran Televiziyasına “sağ ol” deyənlərdən daha çox küfür edənlərə rast gəlindi. Onu qeyd etmək lazımdır ki, hər hansı bir televiziyanın çəkdiyi bir filmi İranın rəsmi mövqeyi kimi qəbul etmək doğru deyil, lakin müzakirələrdən görünür ki, əliyev rejiminin fitnəkar adamları mətbuat və sosial şəbəkələrdə ictimaiyyətə hətta İran televiziyasının xoş niyyətini belə pis addımı kimi və İranın rəsmi mövqeyi kimi təqdim edir. Bunun adı düşmənçilik deyilsə onda nədir?

Elə bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin iclası keçirilib və iclasda 1828-ci il fevralın 10-da İran və Rusiya arasında bağlanmış Türkmənçay müqaviləsinin tanımamağa çağırış edib. Partiya bundan başqa İran və Azərbaycandakı azərbaycanlıları vahid bir dövlətdə birləşməsi üçün hakimiyyətə və İran hakimiyyətinə də təkliflər verib.

Verilən təkliflərdə iranlı azərbaycanlılara qarşı imtiyazlar və İranda azərbaycanlılar üçün ana dilində məktəblərin açılması nzərədə tutulur. Ancaq nəyəsə görə nə BAXCP nə də başqaları İran hakimiyyətinin fikirlərini və qərarlarını nəzərə almaq istəmir, görünür İlham Əliyevin ayağı daha yer tutmur və çox yüksəkdə olduğu yerdəki qonşularını görmür.
Source : İslamtimes
Comment