0
Sunday 16 February 2014 - 17:23

Jurnalistlər sələfilərin hədəfində

Story Code : 352267
Jurnalistlər sələfilərin hədəfində
Jurnalistlər sələfilərin hədəfində
Bəzən də təəccüblü xəbərlər yayılır, bu gün olduğu kimi, verilən məlumatlara görə bir qrup sələfi sosial şəbəkələrdə ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayevi, şirkətin vitse-prezidenti, jurnalist Mirşahin Ağayevi, APA-nın əməkdaşı Hafiz Heydərovu və “APA Holding”ə daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalı ölümlə təhdid edib.

Bu məsələ bir qədər qarmaqarışıqdır, belə ki, sələfilər ANS-dən ona görə narazıdır ki, guya bu telekanal azərbaycanlıların Suriyaya getməsinə qarşı təbliğat, onlarn orda döyüşmələrini antireklam etməklə məşğuldur, telekanal rəhbərlərini təhdid edənlər Vahid Mustafayev və Mirşahini fars casusları adlandırıblar. Lakin biz diqqətlə izləsək görərik ki, ANS kanalı İslam Respublikasına qarşı heç də xoş münasibət göstərmir, ancaq sələfi mövzusunda vurğunu daha çox bunun üstünə gətiriblər ki, vuruşmaq istəyənlər və şəhid olmaq istəyənlər üçün döyüş meydanı Qarabağ olmalıdır.

Azərbaycanda olan sələfilər əslində hansı səbəbdən ANS rəhbərlərini hədəfə aldıqlarını bir qədər araşdırdıqda bəlli oldu ki, ANS-in efirində gedən bir xəbər sələfi icmasının bəzi üzvlərinin xoşuna getməyib. Həmin xəbərdə azərbaycanlı vəhabi, İraq Şam dövlətinin qrup rəhbəri Həttab əl Azərinin Azad Suriya ordusu ilə döyüşməsi haqqında fikirlər səsləndirməsi olub.

Əslində, bu həqiqətdir, hazırda Suriyada vəhabilər Əsəddən daha çox öz aralarında döyüşür, bir birilərini qırırlar. Mətbuatda yer alan və Sələfilərin də ən çox qəzəbləndiyi xəbərlər məhz bu barədə olan məlumatlardır. Onlar istəmirlər ki, dünya ictimaiyyəti, xüsusilə də potensial sələfi döyüşçüləri Suriyada vəhablərin bir biri ilə vuruşması haqqında məlumatlara malik olsun.

ANS isə bilmədən bu cür materialları efirə verib. Çünki belə olduqda Suriyaya getmək istəyən sələfilər fikirlərindən daşına bilər. Ancaq burda daha başqa bir məqam da budur ki, jurnalistlər təhdid olunduğu üçün belə çıxır ki, Suriyada döyüşən qoruplaşmaların Azərbaycanda da öz adamları var ki, lazım olanda burda kimlərisə təhdid etsinlər və ya qətlə yetirsinlər. Əliyev hakimiyyəti isə vəziyyətin nəzarət altında olduğunu hələ də iddia etməkdədir.
Source : İslamtimes
Comment