0
Tuesday 18 February 2014 - 10:14

ABŞ İran münasibətlərinin Əliyevə nə dəxli var?

Story Code : 352830
ABŞ İran münasibətlərinin Əliyevə nə dəxli var?
ABŞ İran münasibətlərinin Əliyevə nə dəxli var?
İranla ABŞ arasındakı uzun sürən gərgin düşmənçilik münasibəti soyumağa başlayan bir zaman, bu münasibətlərin əməkdaşlıq əlaqələrinə qədər inkişaf edəcəyini iddia edən qərb analitikləri az olmadı, baxmayaraq ki, İslam Respublikasında əksər politoloq və siyasətçilər, xüsusilə də ruhani icması üçün ABŞ-a münasibət elə əvvəlki kimi saxlanılır.

ABŞ İranla xoş münasibətlərə çoxdan məcburdur, məhkumdur, ancaq nə qədər çalışırdısa İran hakimiyyəti, daha doğrusu prezident komandası bunu rədd edir. Cənab Həsən Rohani prezident seçiləndən sonra ABŞ-ın üzdə xoş görünən (bəlkə də batində də xoşdur) məramını qəti şəkildə rədd etməyib, dialoqun yalnız İran maraqları müqabilində mümkünlüyünə kiçik ehyam vurması ilə qərb dünyasının üzü gülməyə başladı. Ancaq ABŞ-la İran arasındakı münasibətlərdən narahat olan hakimiyyətlər də oldu və heç də təəccüblü deyil ki, bu hakimiyyətlərdən biri İlham Əliyev hakimiyyətidir.

Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Riçard Kozlariç də yazdığı məqalədə buna ehyam vurub. Əliyev ondan narahatdır ki, ABŞ-la İran arasında əlaqələr bərpa olunduqdan sonra Əliyev rejiminin ABŞ üçün dəyəri çox aşağı düşə bilər. Buna görə də İlham Əliyev onsuz da çox sıx münasibətləri olduğu İsraillə əlaqələrini bir qədər də genişləndirir ki, mövqeyinin qorunub saxlanılması üçün zəmanəti olsun.
Source : Islamtimes
Comment