QR CodeQR Code

Söz azadlığı yenə hədəfdə

Islamtimes , 19 Feb 2014 23:14

İslamtimes - Aslanova verdiyi açıqlamada bəyan etmişdi ki, Azərbaycanda cəmiyyəti psixoloji pis təsir edən informasiyalardan qorumaq üçün yeni qanun layihəsi qəbul olunmalıdır və bununla bağlı layihə üzərində iş gedir.


Azərbaycanda QHT-lər haqqında qanunvericiliyə yeni düzəlişlərdən sonra vətəndaş cəmiyyəti institutlarının nümayəndələri hakimiyyətin bu dəyişikliyinə etirazını bildirdi.

Portalımız da bu barədə bir dəfə çıxış etmişdik. Onu da qeyd edək ki, qanunvericiliyə edilən dəyişiklikdən narazılığını açıq bildirən təşkilatların sayı ümumi QHT sayından bir neçə dəfə az olması həm də onu göstərir ki, əliyev rejimini tənqid edən, hakimiyyətin insan halqarı, korrupsiya və digər cinayətlərdəki iştirakını aşkarlayan müstəqilliyini qoruyub saxlayan ictimai birliklər elə də çox deyil.

Yeri QHT təmsilçilərinin səsləri dünyaya da yayıldı və Human Rights Watch təşkilatının baş elmi əməkdaşı Giori Qogiya Azərbaycanda vəziyyəti doğru qiymətləndirərək hakimiyyətin represiya siyasətindən əl çəkmədiyinin bəyan edib.

Həmin həftə daha başqa bir təşkilat – Jurnalistləri Müdafiə Komitəsi yaydığı bəyanatında qeyd edir ki, İlham Əliyev hakimiyyəti tənqidi mətbuatı susdurmaq üçün represiya siyasəti yeridir, ölkədə internet azadlığını məhdudlaşdırır, söz azadlığını boğur.

Hakimiyyəti tənqid edənləri saxta ittihamlarla həbsə atması halları İlham Əliyev hakimiyyəti üçün gündəlik adi praktikaya çevirlib. Yenə də həmin həftə Milli Məclisin İnsan haqları komissiyasının sədri Rəbiyyət Aslanova verdiyi açıqlamada bəyan etmişdi ki, Azərbaycanda cəmiyyəti psixoloji pis təsir edən informasiyalardan qorumaq üçün yeni qanun layihəsi qəbul olunmalıdır və bununla bağlı layihə üzərində iş gedir.

Milli Məclisin deputatı fikrini onunla əsaslandırıb ki, internetdə hazırkı azadlıq Azərbaycan cəmiyyətində neqativ tendensiyaların meydana gəlməsi üçün şərait yarardır, bura həm intihar hadisələrinin işıqlandırılması, intihar edənlərlə bağlı məlumatların yerləşdirilməsi, həm də Azərbaycan vətəndaşalarının Suriyaya getməsi ilə bağlı məlumatlar, cihada çağrışlar cəmiyyətin psixologiyasına neqativ təsir edir.

Buna görə də internetin nəzarətə götürülməsini İnsan haqları komissiyasının sədri qanuniləşdirmək istəyir.

Əlbəttə, 21-ci əsrdə belə bir açıqlama işə çıxış edən deputat normal ölkədə yaşayırsa buna bir adamın sayıqlaması kimi qiymət vermək olar, ya da bu ölkəni normal ölkə hesab etmək olmaz.

Birincisi, internetə tamam nəzarət etmək mümkünsüzdür. İkincisi və ən əsası da Azərbaycanın fəal ictimaiyyəti xanım Aslanaovanın bu təklifini birmənalı şəkildə ölkədə söz azadlığına qarşı növbəti bir təhdid kimi qiymətləndirir. Onların fikrincə, intiharların səbəbi internetə görə artmır, hakimiyyətin sadə vətəndaşlara qarşı hüquq pozuntuları və onları min bir zülmə məruz qoyması insanları məcbur edir ki, Qarabağ qazisi kimi özünü yandıraraq intihar etsin.

Onu da qeyd edək ki, Zaur Həsənovdan sonra hər gün azı bir nəfər özünü yandıraraq intihar edir. Əksinə, ekspertlər elə hesab edir ki, əliyev rejiminin Azərbaycan televiziyalarında gecə gündüz əxlaqsız, fitnə fəsad və xalqın mənəvi dəyərlərini məhv edən verilişlərin yayımını təşkil etməsi, milli mənəviyyatı silib atacaq və artıq buna xeyli dərəcədə nail olublar.

Suriyaya gedən azərbaycanlıların da bu yolla qarşısının alınmasına mütəxəssislər skeptik yanaşırlar, azərbaycanlı sələfilər Suriyaya cihad üçün getmələrinə internetdəki azadlıq ola bilər yardım edir, ancaq bu azadlıq məhdudlaşdırılarsa vəhabilərin Suriyaya getməsnin qarşısını almayacaq.

Digər tərəfdən bu qanun layihəsi meydana gələrsə heç kim şübhə etmir ki, əliyev rejimi bu qanundan istifadə edib və ya buna istinad edib hakimiyyəti tənqid edən internet istifadəçilərinin, internet mediasını və sosial şəbəkə istifadəçilərini cəzalandıracaq.

Biz elə yaxın keçmişə də baxsaq, 2003-cü ildən bu yana əliyev rejimi öz hakimiyyətini qorumaq üçün hər gün müxtəlif addımlar artır ki, bu da qanunvericilikdən də yan keçmir.

Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında qeyd etdiyi “Azadlıq” radiosunun jurnalisti, Xədicə İsmayılovaya qarşı hakimiyyətin təzyiqi əgər keçən həftə bir qədər zəif idisə, bu həftə inkişaf edib. Belə ki, iki gün əvvəl əliyev rejiminə yaxından xidmət edən jurnalist Eynulla Fətullayev öz saytında Xədicə İsmayılovanı casusluqda ittiham etmişdi, daha sonra yarızarafat yarıgerçək ekspertlərdən biri iddia etdi ki, “Eynullanın saytı kimi vurmaq istəyirsə, həmin adamın sonu yaxşı qurtarmır”, artıq bu gün gələn xəbərlərə görə jurnalist xanım İsmayılova Baş Prokurorluğa çağrılıb. Ancaq onu da qeyd edək ki, xanım jurnalistə zəng edən prokurorluq əməkdaşına Xədicə İsmayılova ilk andan tutarlı ifadələrlə danışıb.

Bununla belə xanım İsmayılova həbsini də istisna etmir və buna hazır olduğunu bəyan edir. Onu da qeyd edək Xədicə İsmayılova İlham Əliyevin ailə biznesi və hakimiyyətin cinayətlərini dəlil və sübutlarla aşkar edən ən qabaqcıl araşdırmaçı jurnalistdir.


Story Code: 353538

News Link :
https://www.islamtimes.org/az/fori_news/353538/söz-azadlığı-yenə-hədəfdə

Islam Times
  https://www.islamtimes.org