0
Friday 21 February 2014 - 19:20

Qonşunun nefti

Story Code : 354134
Qonşunun nefti
Qonşunun nefti
Bu günlərdə əliyev rejiminin mətbuat orqalarından birində İranın neft naziri, cənab Bijən Namdar Zəngənənin İslam Respublikası parlamenti qarşısında çıxışı və nazirin səsləndiridiyi mövzu ətrafında bir analitik yazı dərc edib.

Verilən məlumata görə nazir Zəngənə çıxışında xarici neft şirkətlərini İranın Xəzərdəki neft və qaz yataqlarında işbirliyinə dəvət etməkdən başqa onu da qeyd edib ki, qonşu Azərbaycan, Xəzər dənizində İranın milli sularına aid olan hissəsindən karbohidrogen yataqlarını istismar edir.

Bu yeni mövzu deyil, hələ 10 il əvvəl Azərbaycan xarici qərb şirkətlərini Xəzərdəki mübahisəli hesab olunan “Araz-Alov” yatağına investisiya qoymağa dəvət etmişdi, bundan əvvəl 2001-ci ildə isə həmin yataqda kəşfiyyat işləri apardığı üçün İran və Azərbaycan münasibətlərində bir gərginlik yaşanmışdır.

Zəngənənin çıxışında bu gün həmin yatağın Azərbaycan və qərb partnyorları tərəfindən istirsmar olunub olunmaması haqqında söz açıldığına dair dəqiq bir məlumat yoxdur, buna ehyam var, lakin onu demək olar ki, 2004-cü ildən İlham Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan həmin yataq və ondan başqa daha bir neçə mübahisəli yataqda hasilat işlərinin aparılması üçün xarici şirkətləri dəvət etdi. Lakin bu yataqlar mübahisəli olduğundan adi qaydada istismarı mümkünsüzləşirdi, ona görə xüsusi müasir texnologiyaları tətbiq etməklə yataqların istismarına başlanıldı.

Neft yataqlarında qazma şaquli yox maili üsulla qazılmağa başlanıldı, maillik dərəcəsi artırılmaqla
neftin hasilatı da azalırdı, əvəzində Azərbaycan hakimiyyətində İran tərəfinin bu hasilatdan xəbərsiz qalması qənaəti yaratmışdı.

Qisaca desək, əliyev rejimi 10 ildir ki, Azərbaycana aid olmayan İran yataqlarından neft oğurlayır. Bundan İran tərəfinin agah olmasını biz nazir Zəngənənin çıxışından görürük, bununla belə İran tərəfinin milli məhsulunun talan olunmasına göz yummasını yəqin ki, qonşuluqda münaqişəyə yol verməmək istəyi ilə bağlıdır.

Azərbaycan hakimiyyəti də bu yataqlardakı neftin hasilatını onunla əsaslandırır ki, Xəzərin hüquqi statusu müəyyən olunmadığından, bu yataqların istismarında iştirakını haqlı sayır. Nəzərə alın ki, bir neçə il əvvəl əliyev rejimi İran neftini oğurladığını gizlədirdisə, bu gün gizlətmir, əksinə hələ bir öz əməllərinə haqq qazandırır ki, dəniz bölünmədiyi üçün kim harda istəsə neft çıxara bilər.

Sözün açığı burda daha çox İranın üzüyumşaqlığı da rol oynayır. Çünki Xəzərin hüquqi statusu müəyyən olunmayıbsa onda Azərbaycan elə Rusiyanın da milli sularında neft çıxara bilər, ancaq çıxartmır, çünki bu addımı atarsa Rusiya İran kimi Azərbaycana qarşı üzüyumşaqlıq etməyəcək.

İndi İranla qərb arasında münasibətlər bir qədər yumuşaldığı üçün İslam Respublikası xarici şirkətləri bu yataqlarda neft çıxarmğa dəvət edib. İranla qərb arasında münasibətlərin normallaşmasına İlham Əliyev həm də bu səbəbdən istəmir, çünki İran nefti əlindən çıxa bilər.
Source : Islamtimes
Comment