QR CodeQR Code

Ukrainadakı azərbaycanlılar

Islamtimes , 23 Feb 2014 23:21

İslamtimes - Əliyev rejiminin Yanukoviç rejimi ilə dostluğu burda da özünü göstərir.


Bir neçə gündür bütün dünyanın diqqəti Ukraina hadisələrinə yönəlib və sözsüz ki, milli mətbuatın gündəmində də daxil olub.

Hakimiyyət nümayəndələri ilə etirazçılar arasında silahlı qarşıdurma baş verdiyindən, ölən və yaralananların sayının artıdığından bunu bir vətəndaş müharibəsi kimi də qiymətləndirmək olar.

Ukraina hadisələri haqqında geniş yazmaq olar, ancaq “Avromaydan” hərəkatında azərbaycanlılarında rolu var, bu hərəkatı qoşulan və Ukrainada yaşayan azərbaycanlılar arasında ölən, yaralanan və itkin düşən belə var.

Verilən məlumatlardan belə bəlli olur ki, indiyə qədər artıq 4 nəfər azərbaycnalı qətlə yetirilib, iki nəfər yaralanıb və bir nəfər itkin düşüb.

Maraqlı məqam burasındadır ki, Azərbaycanın Ukrainadakı səfirliyi itkin düşən həmyerlimiz haqqında onun tapıldığını bəyan edir, ancaq Kiyevdə olan fəal azərbaycanlıların verdiyi xəbərdə isə səfirliyin açıqlaması təkzib edilir. Əliyev rejiminin Yanukoviç rejimi ilə dostluğu burda da özünü göstərir.


Story Code: 355137

News Link :
https://www.islamtimes.org/az/fori_news/355137/ukrainadakı-azərbaycanlılar

Islam Times
  https://www.islamtimes.org