0
Saturday 1 March 2014 - 22:38

Ukrayna hələ də sakitləşmir

Story Code : 356986
Ukrayna hələ də sakitləşmir
Ukrayna hələ də sakitləşmir
Bu günlər dünya ictimaiyyətinin bütün diqqəti Ukrayna hadisələrinə yönəlib. Keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan üçün də Ukrayna hadisələri xüsusi diqqətlə izləniləsi mövzudur.

“Avromaydan”ın bu tezlikdə Yanukoviç hakimiyyətini istefasına nail ola biləcəyini heç kimi ehtimal etmirdi, düzdü qeyd etmək lazımdır ki, 3 aydan artıq davam edən etiraz aksiyas nəinki MDB məkanında, ümumiyyətlə Avropada müddətinə görə ən uzun ömürlü etiraz müqaviməti oldu.

Yanukoviç hələ də özünü qanuni, legitim prezident hesab etsə də Ukrayna müxalifəti formal hakimiyyətə sahibdir və bundan sonra heç bir halda Yanukoviçi hakimiyyətə qayıtmağa imkan verməyəcək. Hadisələrin qısa xronologiyası belə oldu ki, Yanukoviç Rusiyaya qaçdı və ordan sığınacaq aldı, korrupsiya yolu ilə ona məxsus var dövlət jurnalistlərə göstərildi, haqqında cinayət axtarışı verildi, həbsdə olan Yuliya Timoşenko azadlığa çıxdı və müxalifətin başına keşdi.

Onu da qeyd etmək lazımdır ki, etirazçı elektorat heç də müxalifət liderlərinin liderliyini birmənalı qarşılamır, bununla belə ölkə hazırda Timoşenkonun adamı olan Aleksandr Turçinovun rəhbərliyi ilə idarə olunur. Lakin bu sadəcə olaraq formaldır, çünki Yanukoviç hakimiyyəti itirdikdən sonra, müxalifət hakimiyyəti ələ keçirər keçirməz Krım vilayətində Rusiyadan gələn mesajlar nəticəsində xalq ayağa qalxdı.

Daha doğrusu burda yaşayan ruslar ayağa qalxdı. Onu da deyək ki, Krımda ruslar sayına görə 3-cü bəzi məlumatlara görə isə 2-cidir. Rus əsilli əhali Krımda Ukraynanın yeni formal hakimiyyətinə və onun antirusiya siyasətinə qarşı çıxır, buna etiraz etdi, Krımın Rusiyanın tərkibinə keçməsi məsələsini ortaya qoydu.

Rusların etiraz aksiyasına cavab olaraq Krım tatarları da ayağa qalxıb Ukraynanın müstəqilliyini, Avropaya inteqrasiyasını dəstəklədəyini bəyan etdi. Son günlər isə Rusiya hakimiyyəti Qara Dəniz ətrafında hərbi təlimlərə start verdi, rus qoşunlarının artıq Krımın bir hissəsini nəzarətə götürdüyü də deyilir və Krımda rus əsilli əhaliyə, gənclərə silahlar paylanıldı. Nəticədə bu gün Krım parlamenti silahlı adamlar tərəfindən ələ keçirildi və binanın üstündə iri Rusiya bayrağı asıldı.

Bu hadisələrdə Azərbaycan və Türkiyə izləri də var. Əvvəla Ukraynda yüz minlərlə azərbaycanlı yaşayır ki, onların da arasında Ukrayna vətəndaşı olanlar az deyil. Bildiyimiz kimi “Avromaydan” hərəkatı zamanı ölən, yaralanan və itkin düşən azərbaycanlılar da oldu. Hələ Yanukoviç prezident olduğu halda Ukraynadakı Azərbaycan diasporu Yanukoviçin hakimiyyətini dəstəklədiyini bəyan etdi, hakimiyyəti itirdikdən sonra isə müxalifəti dəsətəklədiyini bəyan etdi və sözsüz ki, bu cür bəyanatlar birmənalı qarşılanmadı.

Krımda yaşayan azərbaycanlılar da qarşıqlıqda hələ ki, qəti mövqe ifadə edə bilmirlər. Çünki hazırda Ukraynada və xüsusilə Krımda qeyri müəyyənlik höküm sürür, baxmayaraq ki, artıq Krım parlamenti referendum təyin edib.

Türkiyənin Krımla bağlı siyasəti isə qərbin təlimatları əsasında qurulub və aparılır. Krım tatarlarının türk əsilli olmalarından Türkiyə Rusiyaya qarşı istifadə etməyə cəhd edir. Bu hadisələri qərbin Rusiyaya qarşı bir hücumu kimi də qiymətləndirilə bilər.

İlham Əliyev hakimiyyəti də sözsüz ki, Ukrayna hadisələrində daha çox diqqəti qərb və Rusiya arasındakı davanın nəyilə nəticələnəcəyinə yetirir, çünki Ukraynadan sonra bəzi MDB respublikalarında bu hadisələrin təkrarlanması ehtimalı var.
Source : Islamtimes
Comment