0
Monday 3 March 2014 - 17:59

Ukraynada vəziyyət hər an dəyişə bilər

Story Code : 357480
Ukraynada vəziyyət hər an dəyişə bilər
Ukraynada vəziyyət hər an dəyişə bilər
Hazırda bütün dünyanın diqqəti Ukraynaya yönəlib, dünən BMT TŞ-nın toplantısı da məhz bununla bağlı oldu. Ukraynada baş verənlər təkcə bu ölkənin xalqına deyil həm də dünyaya, xüsusilə MDB məkanında olan ölkələrə çox aiddiyyatı var. Niyəsinə bir az sonra baxarıq, hələlik hadisələrin inkişafını bir daha qısa şəkildə xatırladaq. Yanukoviç hakimiyyətdən getdikdən sonra Rusiyada keçirdiyi mətbuat konfransında özünü hələ də qanuni prezident saydığını bəyan etdi, Kiyevdə hakimiyyəti ələ keçirmiş müxalifət liderlərinin qəbul etdiyi antirusiya qərarları, Ukraynanın Krım vilayətində rusların təhlükəsizliyi üçün yaranan təhdidlər Rusiya üçün Ukrayna ərazisinə hərbi texnika və əsgər yeritməyə əsas verdi. Hərbi texnikadan iki gün əvvəl isə bir qrup rus deputatı və siyasi xadimi Krım ərazisinə gələrək, Ukraynada yeni hakimiyyətə gəlmiş və radikal milliyyətçi çıxışları ilə populyar olan siyasətçilərin Ukraynada rus milləti üçün təhlükəli niyyətlərinin olduqlarını bəyan edib, Rusiyanın Krımdakı rus icmasını milliyyətçilərlə meydanda tək tənha qoymacaqlarını bildirdilər. Rus qoşunlarının Krıma daxil olması Ukraynanda faktiki hakimiyyəti olan spiker Turçinovun ölkənin hərbi qüvvələrinin hazırlıq vəziyyətinə gətirilməsinə səbəb oldu. Onu da qeyd edək ki, Krımda da vəziyyət birmənalı deyil, adanın tatar icmasının xadimləri Krımın Ukrayna tərkibində Avropa Birliyinə inteqrasiyasının tərəfdarı olduğunu bəyan etdilərsə, rus icması isə Rusiya ilə inteqrasiyasına tərəfdar çıxdı. Ancaq Mətbuatın verdiyi məlumatların ümumi fondundan belə çıxır ki, Rusiya ilə inteqrasiyanın tərəfdarları çox az sayda olanlardır, Ukraynanın əksəriyyəti Avropa ilə birgə olmağın tərəfdarlarıdır. Rusiyanın bu ölkəyə qoşun yeritməsi isə onların qəzəbinə, etirazına səbəb oldu. Hələlik rus hərbiçiləri ilə Ukrayna ordusunun qarşı qarşıya gəldiyini demək tezdir, atışma baş verməyib, baş verənlər Krımda hansısa inzibati binaların, hərbi bazaların rus qoşunları tərəfindən mühasirəsi və rəsmi binaların üzərində Rusiya bayraqlarının qaldırılması ilə müşayət olunur, ancaq vəziyyət hər an dəyişə və silahlar işə düşə bilər. Rusiyanın bu planda tədbirlərindən biri də Krımdakı yerli əhaliyə, ruslara rus vətəndaşlığını verib onların təhlükəsizliyini təmin etmək üçün bunu bəhanə kimi istifadə etməsi baş verir. Bəs Ukrayna hadisələrinin digər MBD respublikalarına, o cümlədən Azərbaycana hansı aidiyyatı ola bilər? Məsələnin kökündə qərbin, daha doğrusu NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və buna cavab olaraq da Rusiya hakimiyyətinin keçmiş sovet respublikaları ilə birlikdə Gömrük və Avrasiya İttifaqı qurmaq planıdır. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması rəsmi Moskva üçün tarixən ciddi təhdid kimi qəbul olunub, bu gün də belə qiymətləndirilir. Ruslar hətta Ulyanovsk vilayətində NATO-nun mülki bazalarının açılmasını belə həzm edə bildilərsə, ancaq NATO-un RƏM sisteminin Rusiyanın yaxın ətrafına yerləşdirilməsini heç cür qəbul edə bilmirlər. Ukraynada hakimiyyətə gələn müxalifət isə heç may ayında keçiriləcək seçkiləri gözləmədən Avropa ilə inteqrasiya əməkdaşlığına və NATO ilə əlaqələrin inkişafına başladı. Ukraynanın Avropa Birliyinə daxil olacağına hamı şübhə ilə yanaşır, bu heç AB üçün də sərfəli deyil, ancaq NATO-ya daxil olmasında bir problem yoxdur, Rusiyaya bütün mənalarda yaxın olan Ukraynada RƏM sistemlərinin qurulması NATO üçün tapıntı Rusiya üçün isə böyük geopolitik zərbə olardı. Ukrayna qərbin planında sonuncu ölkə deyil, bu Rusiyanın qərb və ya avropa qonşusudur, bundan başqa ABŞ həm də Rusiyanın cənubunda, Cənubi Qafqazda RƏM sistemilərini qurmaq niyyətindədir ki, bu planda da Azərbaycanda güclü ABŞ üçün tərəfdaş ola bilməz və heç təsadüfi deyil ki, ABŞ əliyev rejimi ilə hissi olunmayacaq dərəcədə ancaq çox sıx əməkdaşlıq edib Azərbaycanda RƏM sistemlərinin yerləşdirilməsini həyata keçirmək istəyir. Hələlik bu barədə mətbuat gündəmində geniş yazılar və şərhlər görünməməsi diqqətin başqa bölgələrdə olması ilə bağlıdır. Azərbaycanın siyasi ekspertləri və jurnalistləri isə Rusiyanın Ukrayanda uğur əldə edə biləcəyi təqdirdə Azərbaycanla bağlı da münasibətlərinə ciddi şəkildə nəzər yetirəcəyini qeyd edir, əslində elə İlham Əliyev də Ukrayna hadisələrini məhz bu kontekstdən yaxından izləməsi də məsələnin ciddiliyinə işarədir. Rusiyanın Azərbaycandan tələbi Gömrük İttifaqına qoşulması olacaq, prezident Əliyevin imtina etdiyi təqdirdə ilk addım kimi Rusiyada yaşayan azərbaycanlı miqrantların kütləvi şəkildə Rusiyadan sıxışdırılması baş verəcək ki, bunun da nəticəsi əliyev rejimi üçün arzuolunmaz sürpizlərə gətirə biləcəyi şübhəsizdir. Buna isə hələlik iki üç ay zaman qalır, bəlkə də bir qədər çox, Azərbaycan hadisələri təxminən Ramazan ayı ərəfəsində cərəyan edəcəyini gözləmək olar.
Source : Islamtimes
Comment