0
Thursday 6 March 2014 - 00:03

İsmayıllı məhkəməsi

Story Code : 358466
İsmayıllı məhkəməsi
İsmayıllı məhkəməsi
Bu günlərdə İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesinin yekunlaşacağı gözlənilir, daha doğrusu prokurorlar artıq ittiham olunanlar üçün cəza istəyiblər, hələlik isə hakim prosesi şahidlərin dindirilməsi ilə uzadır.

Ümumiyyətlə, məhkəmə NİDA-çı gənclərin məhkəməsində olduğu kimi daha çox məsğərəyə səhnəsini xatırladır. Prokurorların ittihamında əsaslı heç bir şey yoxdur, olanlar sadəcə olaraq fərziyyə və saxtakarlıqdan ibarət olan bir ittihamnaməni ortaya qoyublar hakim isə bu oyuna hakimlik edir. Bundan başqa dindirilən şahidlər hamısı verdikləri ifadələrdə ittiham olunanların əleyhinə ciddi bir fikir səsləndirməyiblər, bəzi şahidlər isə sadəcə olaraq yalançı ifadə verməkdən imtina ediblər.

Bu gün dindirilən şahidlərin eləsi də oldu ki, İsmayıllı hadisələri baş verən 2013-cü ilin yanvarın 23-dən 24-ə keçən gecə və ümumiyyətlə yanvar aydında nəinki İsmayıllıda heç Azərbaycanda belə olmayıblar.

Onu da qeyd edək ki, Şəki Apelyasiya məhkəmsində davam edən İsmayıllı məhbuslarının işinə bu dəfə çox sayda xarici ölkələrin diplomatları, jurnalistləri də qatılıb. İttiham olunanlara həbs cəzasının veriləcəyinə heç kim şübhə etmir, ancaq vəkillər əzmlə məhkəmə çəkişməsində iştirak edir və tutulanları müdafiə edirlər, di gəl hakimlər əliyev rejiminin sifarişlərini yerinə yetirdikləri üçün şərlənənlərin azadlıqda məhrum olunacağını gözləmək olar. Ancaq İsmayıllı məhbusları da mübarizə ruhunu itirməyib, bu gün cəmiyyətə ünvanladıqları müraciətdə azadlıqdan məhrum olunacaqları təqdirdə cəmiyyəti mübarizəyə, onları unutmamağa çağırıb. Əfsuslar olsun ki, Azərbaycanda haqq yolunda mübaricə ruhu demək olar ki, öldüyü üçün bu müraciətin nəticə verəcəyini deyə bilmərik.

Source : Islamtimes
Comment