0
Monday 10 March 2014 - 14:00

Ukraynadan sonrakı hədəf Türkiyə ola bilər!'

Story Code : 359956
Ukraynadan sonrakı hədəf  Türkiyə ola bilər!
Ukraynadan sonrakı hədəf Türkiyə ola bilər!'
Rusiyanın təbii qazı Avropaya qarşı bir silah olaraq istifadə etməyəcəyini ifadə edən Markov “Yaşananlar geosiyasi bir soyuq müharibədir. Rusiya Türkiyə də daxil olmaqla bir çox ölkənin maraqlarını qorumağa çalışır” deyib.

Rusiyanın səsi xəbər saytında dərc olunan xəbərə görə, Sergey Markovun Ukrayna böhranını TRT Türkün canlı yayımında qiymətləndirdiyi ifadə edildi.
Rusiyanın Ukraynanı qardaş ölkə olaraq gördüyünün vurğulayan Markov “Amma bu anda Ukraynada çevriliş ilə iqtidar ələ keçirildi. Qeyri-qanuni bu rəhbərlik xalq içində azlığı təmsil edir. Bu çevriliş Vaşinqton və Brüssel tərəfindən dəstəklənir. Bu dövlət çevrilişi siyasi terroru istifadə edir. Bu an iqtidarda həddindən artıq milliyyətçi, Neonasist bir koalisiya var. Ukraynanın 70%-i rus dilində danışır və Kievdəki Neonasist qruplaşma Rus dilini qadağan etmək istəyir. Bu an insanlar gələcəkdən qorxur” deyə danışdı.

“Ukrayna Krımı qardaş olaraq görmürsə...”

Krımın Rusiyanın bir parçası olduğuna işarə edən Markov “Ukraynadakı qruplaşma hökuməti Krımı bir qardaş olaraq görmürsə Rusiyaya verməlidir” dəyərləndirməsi etdi.
Krımdakı silahlı və hərbi paltarlı şəxslərin o bölgənin öz təhlükəsizlik qüvvələri olduğunu ifadə edən Markov “Bu şəxslər Krım xalqını neonasistlərdən qoruyur” dedi. Rusiya olaraq hərbi yolla həllin tərəfində olmadıqlarını vurğulayan Markov “Siyasi həll istəyirik. Demokratik bir şəkildə seçilmiş hökumət ən doğru yoldur. Ukraynada bütün yurddaşlara bərabər haqlar verəcək bir konstitusiya və azad bir seçki istəyirik” deyib.
Rusiya prezidenti Putin və ABŞ prezidenti Obamanın Ukrayna mövzusunda etdiyi telefon söhbətinə də toxunan Markov bunları ifadə etdi: “Putin Obamaya Ukraynada bir dövlət çevrilişi olması və hökumətin qanuni olmadığını söylədi. İrqçilər bu hökumətin əhəmiyyətli bir parçası oldular. Neonasistlərin meydana gətirdiyi bir koalisiya var və biz də Rus dilində danışan xalqı qorumağa çalışırıq. Obama bu Neonasist qruplaşmaya dəstək verərək güvəni özü sarsıtdı”.

“Geosiyasi bir soyuq müharibə yaşanır”
“Hal-hazırda yaşananlar ideoloji deyil, geosiyasi bir soyuq müharibədir” deyən Markov Vaşinqtonun iqtisadi mənfəətlərə görə hərəkət etdiyini vurğuladı. ABŞ-ın da təbii qaz çıxardığını və bunu Avropaya satışa çıxarmaq istədiyinə işarə edən Markov “ABŞ bu geosiyasi oyunu istifadə etməyə çalışır. Bu bir ideoloji deyil , bu geosiyasi bir imperializmdir. Eynilə I. Dünya müharibəsində olduğu kimi...”
Markov Rusiyanın heç bir zaman AB-yə qarşı təbii qazı bir silah olaraq istifadə etməyəcəyini də vurğuladı.

“İki həftə içində demokratik bir hökumət qurulmalıdır”
Yanukoviç vəzifədəykən Ukraynaya 15 milyard dollar yardım sözü verdiklərini xatırladan Markov “O zaman qanuni bir hökumət vardı, amma indiki hökumət qanuni deyil. Niyə pul verək ki? Rusiya qruplaşma rəhbərliyinə pul verməyəcək” dedi.
Ukraynadakı qruplaşma hökumətinin Rus neft şirkəti Qazproma təbii qaz üçün ödəmə etmədiyini ifadə edən Markov Ukraynaya qaz ixracatının kəsilə biləcəyini də söylədi.
Rusiyaya qoşulma qərarı alan Krım Muxtar Respublikasının 16 martda keçirəcəyi referendumu da dəyərləndirən Markov “Ukraynada Rus dilində danışan insanlar təzyiq görür. Rusiya bu referendumu qəbul edəcək. Bu qruplaşma dəyişməyə qərar versə Krımı Ukraynanın bir hissəsi olaraq qalması mümkündür. Ancaq iki həftə içində millətçi ekstremistlərdən təmizlənmiş demokratik bir hökumət qurulmalıdır”.

“Türkiyənin də milli mənfəətləri üçün mübarizə aparırıq”
İki gün əvvəl Krımda olduğunu və Krım Tatarlarının liderləriylə görüşdüyünü ifadə edən Markov “Etnik qruplar Rusiya rəhbərliyində özlərini güvənli hiss edir. Krımdakı tatarlar da bizə güvənir” dedi.
Rusiyanın hələlik bölgədəki bir çox ölkənin haqları üçün mübarizə etdiyini bildirən Markov belə dedi: “Vaşinqton bu qruplaşmaya dəstək verdi. Bir sonrakı hədəf Türkiyə ola bilər. Bu insanlar iqtidarı zorla ələ keçirməyə çalışır. Rusiya Türkiyənin də milli maraqları üçün mübarizə aparır”.
Source : Islamtimes
Comment