0
Friday 14 March 2014 - 18:43

Yeni qanun işləyəcək?

Story Code : 361717
Yeni qanun işləyəcək?
Yeni qanun işləyəcək?
Verilən məlumatlara görə Milli Məclis yaxın zamanlarada “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna yeni əlavə və dəyişiklikləri qəbul edə bilər.

Həmin dəyişiliklərin Azərbaycandan Suriyaya savaşmaq üçün gedən sələfilər haqqında çap olunan xəbərlər fonunda qəbulu anlaşılandır, bu dəyişiliklərdə xatici ölkələrdə silahlı qruplaşmalara qoşulmaq, cihad etmək, terrora çağrış və bu kimi əməlləri yerinə yetirmək terrorçuluq hərəkətləri kimi qiymətləndirilə bilər.

Bütün bunlar alqışlanmalıdır. İki amma olmasa. Birinci amma budur ki, həmin dəyişiliklərdə “Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq” ifadəsi də var.

Bu kifayət qədər mübahisəli məqamdır. Əlbəttə indi hamının ağlından bu keçə bilər ki, bu ifadə sələfilərə aiddir, dəyişilikdə onlar nəzərdə tutulur, qanuna əlavənin başqa müddəalarını nəzərə almaqla deyəcəklər ki, söhbət yalnız vəhabilərdən gedir. Di gəl belə yanaşma ola bilər təzə təzə olduğu üçün asanlıqla qəbul olunsun, lakin qanun bir gün üçün nəzərdə tutulmayıb, gələcəyi də var, həmin əlavədə sələfiliyin adı çəkilmir. Sabah hüquq mühafizə orqanları, prokuror, hakim məsələyə baxanda həmin “məzhəb” ifadəsini istədiyi məzhəbə aid edə biləcəyinə şübhə yoxdur. Onsuz da biz görürük ki, hicaba azadlıq tələb etdiyi üçün həbsdə yalnız şiə fəallarıdır, şiələr haqq tələb ediklərinə görə şərlənərək həbs edilir, indi kim deyə bilər ki, sabah bu ifadə prokurorun əlində şiələrə qarşı terrorçu damğası vurmaq üçün sui istifadə olunmayacaq?

İkinci amma isə Azərbycanda xronoloji xəstəliyə çevrilmiş qanunların işləməməsidir. Qanunlar bu günə qədər də vardı, bu günə qədər olan qanunlarla da Suriyaya gedən sələfilərin qabağını almaq olardı, lakin bu qanunlar işləmədikdən sonra, onlara əməl olunmadıqdan sonra, əlavə və dəyişiliklərin işləyəcəyinə hansı təminat var? Hüquq mühafizə orqanlarının əməkdaşları eyni cür bu əlavələrə də yanaşacağına isə şühbə yoxdur.
Source : Islamtimes
Comment