QR CodeQR Code

Radikallarla görüş

Islamtimes , 16 Mar 2014 14:37

İslamtimes - Əliyev rejiminin bir gündə birdən birə şimal bölgəsinə iki qurumu ezam etməsi və orda sələfiləri “haqq” yoluna dəvət etməsi hansı səbəbdən qaynaqlanır?


Bu günlərdə verilən məlumatlara görə Səudiyyə Ərəbistanda səfərdə olan QMİ sədri Allahşükür Paşazadə nüfuzlu adamların vasitəsilə küveytli iş adamı Əbdüləziz Babtinlə görüşmək üçün nə qədər çalışsa da heç nəyə nail ola bilməyib.

Səudiyyə Ərəbistandan səfərdən qayıdar qayıtmaz Şeyx həmən Azərbaycanın şimal bölgəsinə- Zaqatalaya, sonra Balakənə səfər edərək orda ruhani adamlarla görüş keçirib.

Görüş barədə geniş təfərrüatları ilə məlumatlar verilmir. İlk baxışdan belə çıxır ki, Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında hansısa bir əlaqələrdə olub, buna görə də sələfilərin daha çox olduğu Azərbaycanın şimal rayonlarına səfər edib, orda sələfi icması ilə görüş keçirib. Ancaq şimal bölgəsinə səfər edən tək Şeyx olmayıb, elə həmin gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov da Xaçmaz rayonunda, 5 rayonun dini icma nümayəndələri ilə görüş keçirib. Eyni gündə eyni bölgədə eyni səfərlərin ayrı ayrı qrumlar tərəfindən keçirilən görüşlərin baş verməsi onu deməyə əsas verir ki, bu toplantılarda nə Şeyxin nə də Elşad İsgəndərovun sərbəst qərarı olmayıb və ya Səudiyyənin göstərişi deyil, görüşlərin keçirilməsi əliyev rejiminin işidir.

Əliyev rejiminin bir gündə birdən birə şimal bölgəsinə iki qurumu ezam etməsi və orda sələfiləri “haqq” yoluna dəvət etməsi hansı səbəbdən qaynaqlanır?

Bu suala hələlik dəqiq dürüst bir cavab olmasa da, onu deyə bilərik ki, əliyev rejimi ictimai fikirdə manipulyasiya oyununu oynayır, ancaq daha çox daxili yox xarici diqqət üçün bu işləri görür.

Burda Suriya, İran, Türkiyə və Səudiyyə Ərəbistan əliyev rejiminin oyun oynamaq istədiyi əsas ökələrdir. Çünki son həftələr Azərbaycanda nurçular mövzusu dövlət məmurları və deputatlar arasında sağ sola az sıçramadı, bu vəziyyət getdikcə məcrasından çıxa da bilərdi bunun üçün diqqəti yayındırmaq lazımdır.

Bundan başqa daha bir səbəb də budur ki, bu yaxınlarda qəbul olunması gözlənilən “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna yeni əlavə və dəyişikliklərdə xaricə savaşmaq üçün gedənlər haqqında ciddi ölçülərin götürülməsi nəzərdə tutulur.

Düzdür bu qanunun işləməsi və necə işləməsi sual altındadır ancaq bununla belə rejim həm qanunu qəbul edir, həm də regionlara adı çəkilən missionerlərini göndərib sələfiləri radikal fəaliyyətdən çəkinməyə dəvət edib. Elə yenə də həmin günü Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun (STMEQİ) Azərbaycandakı bölməsinin rəhbəri Semyon İxiilov mətbuata verdiyi açıqlamasında qeyd edib ki, Quba rayonundakı Qırmızı Qəsəbədə dünyada ilk dəfə olaraq dağ yəhudilərinin muzeyi açılacaq. Həmin muzeyə dəyərli eksponantları həm də qəsəbə sakinlərindən pulla alınıb muzeyə təhvil veriləcək. Maraqlı mənzərədir, eyni rayonlarda müsəlman camaatına əliyev rejiminin ağıl verdiyi bir gündə yəhudilər muzey açır.


Story Code: 362407

News Link :
https://www.islamtimes.org/az/fori_news/362407/radikallarla-görüş

Islam Times
  https://www.islamtimes.org