0
Monday 17 March 2014 - 23:34

Əliyev İrana gedəcəkmi?

Story Code : 362878
Əliyev İrana gedəcəkmi?
Əliyev İrana gedəcəkmi?
İran və Azərbaycan münasibətlərində son zamanlar yeni xəbərlərin gündəmə gəlməsinə şahidlik edirik və diqqət edirsinizsə xəbərlərin mahiyyətində əməkdaşlıq, qarşılıqlı münasibətlərin yenilənməsi və inkişafı kimi tezislər durur.

Martın 13-ü Bakıda xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və İbrahim Rəhimpurun başçılıq etdiyi nümayəndə heyyəti arasında görüş baş tutub. Rəhimpur ondan əvvəl İlham Əliyevlə görüşümüşdü.

Nazir müavinlərinin görüşü zamanı aparılan danışıqlarda ümumi problemlərdən, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilsə də səslənən fikirlərdə iki ölkə arasında münasibətlərin inkişafı üçün yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyinə də toxunulub. Bu fikiri hər iki diplomatın dəstəklədiyini deməyə bilərik. Belə də deyə bilərik ki, iranlı diplomatın səfərinin əsas məqsədi qardaş ölkələr arasında münasibətlərin inkişafında həmin nəzərdə tutulan yüksək səviyyəli görüşlərin reallaşması üçün yardım etməkdir. Bu da təsadüfi deyil, yadınızdadırsa bir neçə gün əvvəl İslam Respublikasının prezidenti, cənab Rohani, prezident Əliyevi İrana səfərə dəvət edib, İlham Əliyevin isə bu səfəri reallaşdıracağını isə azərbaycanlı politoloqlar şübhə altına aldılar, onlar öz şübhələrində buna əsaslandılar ki, əvvəlki dəvətlərə baxmayaraq Azərbaycan prezidenti şəxsən İrana getmədi, bu dəfə də gedəcəyinə inanmırlar. Başqa sözlə, demək olar ki, İlham Əliyev bir dəvəti İrana səfər etmək üçün kifayət saymır, deməli elə bir səbəb olmalıdır ki, prezident Əliyev İslam Respublikasına getməyi özü üçün bir məcburiyyət saysın.

Martın 14-də isə Türkiyənin Van şəhərində Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərin üçtərəfli üçüncü görüşü keçirilib. Bundan əvvəl bu səpkili görüş Naxçıvan və Urmiyada keçirilib. Görüş barəsində mətbuata təfsilatı ilə xəbərlər verilməsə də əldə etdiyimiz məlumata görə nazirlər üç qardaş ölkə arasında münasibətlər və beynəlxalq aləmdəki mövqeləri arasındakı yaxınlıqları müzakirə olunub.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu verdiyi açıqlamada “Həm sərhəddə, həm könlümüzdə olan qapılarımız hər zaman bir-birimizə açıq olacaq” ifadəsini işlədib. Bu da yenə ona işarədir ki, ölkələr arasında münasibətlərin inkişafına və yüksək səviyyəli səfərlərin baş tutmasına ehtiyac var.
Source : Islamtimes
Comment