0
Wednesday 26 March 2014 - 23:14

Ağ Evin Ərəbistanla bağlı məxfi hesabatı

Story Code : 366198
Ağ Evin Ərəbistanla bağlı məxfi hesabatı
Qərb mətbuatında yayılan xəbərə görə ABŞ Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının mövcud durumu ilə bağlı tam hesabat hazırlasa da bu hesabatda ifratçılıqla bağlı məsələlər gizli saxlanılıb. Yaxın günlərdə prezident Obamanının Səudiyyə Ərəbistanına səfəri nəzərdə tutulur. Elə buna görə də Vaşinqton ərəb başçılarının radikallara yardımı ilə bağlı məlumatları gizli saxlayır. Səfərlə bağlı məlumatda bildirilir ki, bu səfərdə vəhşi ifratçılıqla mübarizə mövzusunun da müzakirəsi nəzərdə tutulur.

Məlumata görə Vaşinqton Ərəbistandakı dərslik kitablarını araşdırmışdır və hazırda bu kitablarda ifratçı çağırışlarla bağlı açıqlama vermir. Söhbət 2012-ci ildən gedir. Ağ Evin radikallığa göz yumması Obamanın ifratçılıqla bağlı vədlərinə kölgə salır. XİN-nin 2011-ci ildə radikalizm mövzusunda araşdırmaları 500 min dollara başa gəlib. Araşdırmalar 2012-ci ilin sonlarında başa çatıb. Araşdırmalar Demokratiyanı Müdafiə Mərkəzi tərəfindən nəşr olunub. Aydın olur ki, Ərəbistan dərsliklərində milli və dini ayrıseçkiliyə çağırışlar var. Hesabatın bu hissəsinin ciddi şəkildə gizlədilməsi arxasında dayanan bir qüvvə var. Bu qüvvə Vaşinqton-Riyaz münasibətlərinin pozulmasından qorxur.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment