0
Sunday 30 March 2014 - 23:54

Krım olayı kimi kimlə qarşılaşdırır?

Story Code : 367446
Krım olayı kimi kimlə qarşılaşdırır?
Krım olayı kimi kimlə qarşılaşdırır?
Bu arada NATO-nun Bakı institutunun prezidenti Fərrux Məmmədov qeyd edib ki, Azərbaycanla Avroatlantik qurum arasında əməkdaşlığın 20 illiyinin tamam olmasına baxmayaraq hələ Azərbaycan NATO-ya daxil olmaq üçün ciddi səy göstərməyib, əksinə hər dəfə bu məqam yaxınlaşdıqca Azərbaycan hakimiyyəti geriyə addımlayıb.

Onun fikrincə Azərbaycan üçün təhlükəyə çevrilən Rusiyadan qorunmağın yeganə yolu ölkəmizin NATO-ya daxil olmasıdır. NATO-nun üzvü olduqda Azərbaycanın Rusiya tərəfindən hərbi və siyasi təhdidlərə məruz qalacağı ehtimalı sıfırdır. Ancaq Azərbaycan hakimiyyəti Ermənistanla cəlb olunmuş Dağlıq Qarabağ münaqişəsini həll etmədən NATO-ya yaxınlaşarsa Qarabağın itirilməsi ehtimalı çox yüksək olur, doğrudur, faktiki olaraq Azərbaycan hakimiyyəti Dağlıq Qarabağa nəzarət etmir, ancaq buna baxmayaraq qondarma respublikanın hələ ki, tanınmayıb. O da var ki, Azərbaycanın NATO-ya üzv olması Rusiyanın bərk qəzəbinə səbəb ola biləcəyindən ölkəmiz üçün başqa təhlükələr də meydana gələ bilər.

Azərbaycanın NATO-ya üzv olması məsələsini Türkiyə ilə əlaqələndirən ekspertlər də az deyil, məsələn, politoloq Vəfa Quluzadə verdiyi açıqlamalarda tez tez Azərbaycanın Türkiyənin yanında yer tutmasını tövsiyyə edərək, NATO-ya üzvlüyünün vacibliyini də vurğulayır.


Krım olayı Rusiyadakı Azərbaycan diaspor rəhbərlərini də çətin vəziyyətə salıb. Bir tərəfdən təmsil etdikləri ölkə - Azərbaycan Krımı Ukraynanın ərazisi kimi tanıyır, digər tərəfdən Rusiyada yaşayan diaspor nümayəndələri üçün bu dilemmada Rusiyanın mövqeyinin dəstəkləməsi məcburiyyətdən doğan addıma bənzəyir.

Əvvəl Abbas Abbasov, sonra Söyün Sadıqov və indi də onların işçiləri bəyanat verərək Krım məsələsində Rusiyanı dəstəkləyir.

Diaspor nümayəndələrinin bu cür addımları isə Azərbaycan mətbuatında mənfi qarşılanır. Bu günlərdə Eynulla Fətullayev Söyün Sadıqovu alçaldıcı bir məqalə ilə də “təərifləyib”. Ancaq insaf naminə deyək ki, Fətullayevin Sadıqov haqqında dedikləri həqiqətdən başqa bir şey deyil.
Source : Islamtimes
Comment