QR CodeQR Code

Krım olayı Azərabycanda təkrarlanmayacaq

Islamtimes , 30 Mar 2014 23:57

İslamtimes - BMT-dəki səsvermə zamanı Azərbaycanın mövqeyi, Rusiyanın qıcıqlanmasına səbəb olacaq, Putin hakimiyyəti isə buna görə Azərbaycanın da ərazisini ilhaq etmək qərarına gələcək.


Martın 27-də BMT Baş Assambleyasında keçirilən müzakirələrdən sonra Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul olunub.

Qətnamə səsə qoyularkən Azərbaycan Ukraynanın ərazi bütövlüyünün leyhinə səs verib. Səsvermədəki mövqeyini rəsmi Bakı Azərbaycanın da ərazibütövlüyü məsələsində zərərçəkən tərəf olduğunu əsas gətirərək Krımı Ukrayna torpağı kimi qəbul etdiyini bəyan edib. Əlbəttə Azərbaycan tərəfi ağıllı addım atıb, çünki bütün dünyaya Azərbaycanın haqq səsini çatdırmaq istəyərkən qeyd edirik ki, Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox vətəndaşlarımız öz evlərindən didərgin düşüb. İlham Əliyev hakimiyyətinin bu mövqeyini müxalifət qüvvələri də alqışlayır.

Bu gün keçirilən Milli Şuranın toplantısında AXCP sədri Əli Kərimli iddia edib ki, müxalifət Krım məsələsi ilə bağlı Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək barədə hakimiyyətə çağrış edib və hakimiyyət də bu çağrışı eşidərək BMT-də məlum səsvermə zamanı prinsipal mövqe nümayiş etdirib.

Əli Kərimlinin bu cür iddiası inandırıcı görünmür. Azərbaycan cəmiyyətini və hakimiyyətini yaxşı tanıyan hər kəs bilir ki, İlham Əliyev hakimiyyəti nəinki müxalifətin çağrışların qulaq asıb diplomatik gedişlər edər, ümumiyyətlə müxalifəti heç saymır, onları “rəzil” adlandırır. Bunu hamının bildiyi halda Əli Kərmilinin hakimiyyəti onların çağrışlarını eşidib məlum mövqe sərgiləməsini iddia etməsi müxalif siyasətçinin özünü gündəmdə saxlamaq imkanının tükəndiyindən xəbər verir.

Ekspertlər arasında belə bir fikir də var ki, BMT-dəki səsvermə zamanı Azərbaycanın mövqeyi, Rusiyanın qıcıqlanmasına səbəb olacaq, Putin hakimiyyəti isə buna görə Azərbaycanın da ərazisini ilhaq etmək qərarına gələcək. Burda ilk ağıla gələn Dağlıq Qarabağın müstəqilliyinin tanınması ola bilər. Lakin bu o qədər də inandırıcı görünümr.

Birincisi, Dağlıq Qarabağın həm də Ermənistanın Rusiya ilə birbaşa sərhəddi yoxdur, bu amil Dağlıq Qarabağın Krımın taleyini yaşamasını böyük sual altına almış olur.

İkincisi isə Ukraynada hakimiyyətə gəlmiş müxalifətdən fərqli olaraq İlham Əliyev hakimiyyəti Rusiya ilə açıq qarşıdurmaya gedən hər hansı bir addım atmır, daha çox balanslı siyasi kursu davam etdirir. Balanslı siyasi kurs isə Əliyevin manevr imkanlarını artırmış olur. Bununla belə Azərbaycan hakimiyyəti birbaşa olmasa da dolayı yollarla, mətbuat və ekspertlərin dili ilə dünyaya çatdırmış olur ki, Rusiya təhlükəsi onun üçün də aktualdır.


Story Code: 367447

News Link :
https://www.islamtimes.org/az/fori_news/367447/krım-olayı-azərabycanda-təkrarlanmayacaq

Islam Times
  https://www.islamtimes.org