0
Tuesday 1 April 2014 - 00:45

Deputat yalan danışır

Story Code : 367779
Deputat yalan danışır
Deputat yalan danışır
Bir neçə gün əvvəl Milli Məclisin deputatı Rəbiyyət Aslanova verdiyi müsahibədə deyib ki, daha Azərbaycandan Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyaya gedən vətəndaşlarımız yoxdur.

Yeni qanunu xatırladan deputat xanım, sələfi azərbacyanlıların Suriyaya getməsinin azaldığını da yox, ümumiyyətlə son zamanlar bu faktların olduğunu inkar edib. Bununla belə xanım Aslanova həmin gənclərin Azərbaycana qayıdacaqları təqdirdə qanun qarşısında cavab verməli olacaqlarını da vurğulamağı unutmayıb.

Deputat Rəbiyyət Aslanova onu da qeyd edib ki, ümumiyyətlə Suriyaya gedən azərbaycanlılar əvvəllər bu ölkəyə gedən, vətəndaşlardır. Burda maraq doğuran məqamlar var. Bütün mətbuatın Suriyaya gedən azərbaycanlılar haqqında bol bol məlumatlar, yazdığı, göstərdiyi halda Milli Məclisin deputatının faktları inkar etməsi nəyə əsaslanır?

Bundan əvvəl çıxış edən deputatlar və digər rəsmi şəxslər faktları inkar etmirdi, edə bilməzdilər də, çünki ortalıqda dəlildən çox dəlil var. İndi birdən birə Rəbiyyət Aslanova faktları inkar edir.

Suriyaya gedən azərbaycanlılara təlim keçən türk ordusunun zabiti Burhan Karakaplanla əlaqə saxladıqda bildirdi ki, gənc azərilər əvvəlki kimi yenə də döyüşmək üçün onun təlim düşərgələrinə üz tutur. Bu günə qədər son bir həftədə yaşı 24-31 arası olan daha 19 nəfər gənc və 4 uşaq düşərgəyə gəlib ki, onlardan 5 nəfəri qadındır, qadınların ikisinin həyat yoldaşları artıq Hələbdə öz xanımlarını gözləyir.

Məryəm İsgəndərova adlı 28 yaşlı xanımın Balakən rayonundan Suriyaya gedən Rauf İsgəndərovun həyat yoldaşıdır. Rauf İsgəndərov Hələbdə “Əmu Osman” adı ilə savaşır və Ən Nusra cəbhəsində kiçik komandirlərdəndir. Di gəl Rəbiyyət Aslanova bunu etiraf etmir. Bəlkə “nurçu” cərəyanına mənsub olan xanım deputat hoca əfəndisindən aldığı əmrə uğyun olaraq bilərəkdən bu faktları inkar edir?

Bunu biz deyə bilmərik, ancaq “nurçu”ların Əsəd rejiminə qarşı döyüşən sələfilərə dəstək verməsini də görməməzliyə vura bilmərik.

Başqa bir məqamsa ondan ibarətdir ki, Rəbiyyət Aslanova Suriyaya gedənlərin daha əvvəllər orda olduğunu iddia etməsidir. Aydın məsələdir ki, müharibədən əvvəl Suriyada sakitlik idi, Azərbaycandan bu ölkəyə gedən dindarlar da sələfi təriqətinə aid ola bilərdi, lakin onların sayı 50-60 nəfər olmazdı, indi isə ancaq həlak olan azərbaycanlıların sayı 150 nəfəri aşıb. Bu isə o deməkdir ki, deputat Aslanova ağ yalan danışır.
Source : Islamtimes
Comment