0
Tuesday 1 April 2014 - 00:50

İlham Əliyev İrana gedəcək

Story Code : 367782
İlham Əliyev İrana gedəcək
İlham Əliyev İrana gedəcək
Bu gün yayılan maraqlı bir məlumata görə Azərbaycanda ixrac və investisiyaların təşviqi fondu İraqın Nəcəf və Neynəva əyalətlərində yolların bərpası ilə bağlı tenderdə iştirak etmək istəyən iş adamları üçün elan verib.

Tenderdə Azərbaycan şirkətlərinin iştirak edib etməyəcəyini indidən demək çətindir, ancaq qeyd etmək lazımdır ki, daha əvvəllər azərbaycanlı iş adamları İraqda biznes qurarkən bunu Türkiyə üzərindən, türk və kürd iş adamlarının vasitəçiliyi ilə edərdi, indi isə İran şirkətləri də bu məsələdə yardım edir.

İranla Azərbaycan arasında ticarət əlaqələrinin inkişaf etdirilməsində də uğur olduğunu İslam Respublikasının səfiri cənab Pak Ayin bildirib. İranlı diplomatın sözlərinə görə bu əlaqələrdə 10% artım olsa da iki ölkənin potensialı bu artımın daha yüksək olacağına imkan verir.

Səfir Pak Ayin əminliklə qeyd edib ki, yaxın günlərdə prezident İlham Əliyev İrana səfər edəcək. Yadınızdadırsa bu səfərin baş tutub tutmayacağı haqqında rəylər kifayət qədər ziddiyətli idi, ekspertlərin İlham Əliyevin İrana gedəcəyi ilə bağlı dərin şübhələri vardı, düzdür hələ səfər baş tutmasa da İslam Respublikasının ölkəmizdəki səfiri səfərin baş tutacağını əminliklə ifadə edib. İranlı səfirin isə arxayınçılığının bu vaxta qədər əbəs olmamasına az şahidlik etməmişik.
Source : Islamtimes
Comment