0
Tuesday 1 April 2014 - 01:06

Ərdoğan həm də Əliyevə dəstək verir

Story Code : 367785
Ərdoğan həm də Əliyevə dəstək verir
Ərdoğan həm də Əliyevə dəstək verir
Martın 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələri elə əvvəldən bəlli idi, hakim AKP-nin qalib gələcəyi ilə bağlı proqnozlar vardı. Onu da qeyd edək ki, dünyanın başı Ukrayna böhranına qatışdığı bir vaxtda Türkiyədə keçirilən ilk baxışdan xırda görünən ancaq çox böyük önəm verildiyi bələdiyyə seçkilərini həm də Azərbaycan mətbuatı yaxından izlədi.

Maraq doğuran iki məqama diqqət çəkmək istəyirik. Birincisi, türk və AKP-yə yaxın olan siyasətçilərin fikrincə seçkidən əvvəl Ərdoğanla münasibətləri pozulan və ABŞ-da yaşayan nurçu lider Fətullah Gülən arasında bir savaş başlandı. Bu savaşın kökü elə də dərin deyil, “nurçuluq” cərəyanının lideri Fətullah Gülən ABŞ-da təkcə yaşamır həm də bu ölkənin Türkiyə üzrə bir kuratoru roluna gətirilməsində iştirak edir.

ABŞ-ın belə bir planının tarixi də qədim deyil, bu proje Ərdoğan hakimiyyəti osmançılıq ideyasını ortaya atandan sonra meydana gəldi. Osmançılığı gündəmə gətirən Ərdoğan Fələstinin bir zamanlar Osmanlı imperiyasının ərazisi olduğunu dilə gətirərək, İsraillə münasibətləri korlamaqdan, ərəblər və İranla isə münasibətləri bərpa etməkdən çəkinmədi. Belə siyasi gedişlər Ərdoğana qədər yaxın keçmişdə baş verməmiş və bu cür siyasət ABŞ-ı qane etmirdi.

Ərdoğan hakimiyyəti Vaşinqtondan müstəqil siyasət yürütməyə cəhd edən kimi Gülən planı işə düşdü. Qısa zamandan sonra Ərdoğan hakimiyyətini ABŞ yenə də öz təsiri altına saldı, ancaq Hoca Əfəndi adlanan Gülənlə savaş bitmədi, Fətullah Gülən Türkiyə hakimiyyətində yerləşdirdiyi adamlar vasitəsilə Ərdoğana qarşı kompromat müharibəsinə başladı.

Videolar, səsyazıları, korrupsiya qalmaqalı bir birinin ardınca Türkiyə cəmiyyətində böyük səs yaratdı, müxalifət, əsasən də CHP bu kompromatlardan bələdiyyə seçkilərində istifadə edəcəyini bəyan etdi. Ancaq tez bir zamanda səfərbər olan AKP seçkidə qalib gəlməklə ona qarşı irəli sürülən ittihamları və kompromatları iflasa uğratdı. Bununla bağlı elə Ərdoğan özü də seçki sonrası “balkon konuşması”nda fikir səsləndirdi.

Ərdoğanın bələdiyyə seçkilərində qalib gəlməsi onu göstərir ki, türk xalq Ərdoğanın siyasətindən razıdır. Bundan sonra Türkiyədə prezident, növbəti ildə isə parlament seçkiləri gözlənilir və heç sözsüz ki, bu seçkilər AKP üçün bir test oldu.

Ərdoğan hakimiyyətinin İlham Əliyevlə dostluğu, qardaşlığı əliyev rejiminin Azərbaycanda at oynatmasına daha böyük şərait yaradacağını şərtləndirir, burda Türkiyədən keçən neft və qaz kəmərləri, SOCAR-ın və başqa Azərbaycan şirkətlərinin türk iqtisadiyyatına yatırdığı yatırımların da rolu az deyil.

İkincisi, bu seçkilərdə ilk dəfə olaraq bələdiyyə başkanı hicablı qadın seçilib. Bu faktı türk mətbuatından başqa Azərbaycan mediası da az çək çevir etmədi. Bununla bağlı fikir bildirənlərin hamısı Ərdoğanı dünyəvi Türkiyə dəyərlərini dəfn etməkdə, Türkiyədə xilafət qurmaqda ittiham etdi.

Qəribə də olsa bu fikirləri səsləndirənlərin arasında əliyev rejiminin adamları da az deyil. Başqa bir qəribəlik də bundadır ki, Rəcəp Tayyib Ərdoğan İlham Əlyevin İslama, dinə, möminlərə qarşı nifrətini, düşmənçiliyini görməməzliyə vurur və bu da bir daha Ərdoğanın dindən şəxsi mənafeyi üçün istifadə etməsinə sübutdur.
Source : Islamtimes
Comment