0
Tuesday 1 April 2014 - 01:11

İran Azərbaycan münasibətləri

Story Code : 367787
İran Azərbaycan münasibətləri
İran Azərbaycan münasibətləri
Özünün birmənalı qərbpərəst mövqeyi ilə seçilən azərbaycanlı politoloq, keçmiş dövlət müşaviri və təcrübəli diplomat Vəfa Quluzadə İlham Əliyevin İrana gözlənilən səfəri barədə verdiyi açıqlamada maraq doğuran fikirlər səsləndirib.

Politoloqun fikrincə, aprelinin sonunda İlham Əliyevin İrana gözlənilən səfəri İran Azərbaycan münasibətlərinin normallaşması istiqaətində atılan addım hesab etmək olar. Bir müddət əvvəl iki ölkə arasında münasibətlərin gərginləşməsi, Azərbaycanın qərblə əməkdaşlıq etməsi qardaş ölkələr arasındakı əlaqələrə də təsirsiz ötüşmədi. Ancaq artıq İslam Respublikası Azərbaycanın qərblə əməkdaşlığına etiraz etmir.

Bu sözləri deyən keçmiş müşavir onu da əlavə edib ki, İranın Ermənistana qaz verməsi və bununla da Ermənistanı rus qazından və neftindən asıllığını azaltması Azərbaycanın mənafeyinə cavab verir.

Ermənistan Rusiyadan asıllığını azaldarsa o zaman Qarabağ münaqişəsinin də çözümü üçün şərait yaranmış olar. Lakin bu fikirləri heç də bütün ekspertlər bölüşmür, əliyev rejiminin yaxın adamlarından olan deputat Rasim Musabəyov belə hesab edir ki, İranın Ermənistana qaz verməsi düşmən ölkəni ayaq üstə saxlamağa xidmət edir.

Əliyevin İran səfəri zamanı isə Azərbaycanda dindarlara qarşı təzyiqlərin azaldılacağı, hicab məhbuslarının azad olunacağı haqqında isə hələlik heç kim fikir söyləməyə tələsmir, görünür bu məsələləri İran tərəfinin öhdəsinə buraxmaq ekspertlər üçün daha asandır.
Source : Islamtimes
Comment