0
Saturday 5 April 2014 - 15:09

Vəhabilər döyüşür, ölür və məhkəmə qurur

Story Code : 369814
Vəhabilər döyüşür, ölür və məhkəmə qurur
Vəhabilər döyüşür, ölür və məhkəmə qurur
Azərbaycan vətəndaşı olan vəhabilərin Suriyaya gedərək terror qruplarına qoşulub qanuni Əsəd hakimiyyətinə və dinc xalqa qarşı döyüşməsi barəsində çox yazmışıq, zaman zaman bu mövzuya toxunmaqla da cəmiyyətin məlumatlandırılması Suriyada tökülən nahaq qanın baiskarını göstərmək vacib məsələdir.

Azərbaycanın yerli mətbuatı da bu mövzuya tez tez mürciət edir, Suriyaya gedən vəhabilərin ailə üzvləri ilə müsahibələr aparır və onların kimliyinin müəyyənləşdirilməsində yardım etməyə çalışır. Elə azərbaycanlı vəhabilər də olur ki, onların Suriyada öldürülməsi barədə gələn xəbərlər ziddiyyətli olur. Birdə görürsən hansısa bir azərbaycanlı vəhabinin Suriyada öldürülməsi xəbəri yayılır, üstündən 3-4 gün keçməmiş ölüm xəbəri yayılan həmin vəhabi internet vasitəsilə video yayıb müraciət edir ki, hələ sağdır, ölməyib, ya da sadəcə olaraq xəbər yayılır ki, filankəs hələ sağdır, filan şəhər uğrundan gedən döyüşlərdə iştirak edir.

Bu da anlaşılandır, çünki Suriyada heç bir çərçivəyə sığmayan müharibə gedir, ara qarışıb məzhəb itib, orda ən hünərli jurnalistlər belə çox çətinliklərlə baş çıxara bilir, reportaj hazırlaya bilir, yerli jurnalistlərdən isə Suriyaya ezam olunanı yoxdur, azərbycanlı jurnalistlər əsasən vəhabilərə məxsus saytlar və onların yaxınlarından aldıqları informasiya ilə kifayətlənmək məcburiyyətindədir.

“Həsən Azəri” ləqəbli Həsən Məmmədov da belə vəhabilərdəndir. Martın əvəllərində ölüm xəbəri yayıldı sonra da təkzib gəldi, indi isə yeni yayılan xəbərə görə Həsən Azəri öldürülüb. Bununla əlaqədar, yerli jurnalistlər Həsən Məmmədovun anası ilə müsahibə aparıb və vəhabinin valideyinin verdiyi açıqlamada maraqlı məqamlar da var. Həsən Məmmədovun anası Zümrüd Məmmədova deyir ki, oğlu iki il əvvəl Azərbaycanı tərk edib və həmin vaxt Həsənin valideyinləri hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra polisdən Məmmədovlar ailəsinə bildiriblər ki, oğulları Astaradan İrana gedib, sonra isə Həsən evə zəng edərək Əfqanıstanda olduğunu və şəhid olmaq üçün bura gəldiyini deyib.

Zümrüd Həsənova müsahibəsində ailəsinin və vəhabi təriqətinə qoşulana qədər də üç uşaq atası olan oğlunun şiə təriqətinə mənsub olduğunu qeyd edib. Ailə üzvləri Həsəni bu yoldan çəkinməyə nə qədər cəhd etsələr də vəhabi gənc valideyinlərini kafir adlandıraraq yolundan dönməyib.

İndi Zümrüd Məmmədova hələ də oğlunun Suriyada öldürülməsinə inanmır. İlk baxışdan Suriyada döyüşməyə gedən “standart” bir azərbaycanlı vəhabinin əhvalatına bənzəyir. Ancaq burda maraqlı məqam ondan ibarətdir ki, polis orqanları Məmmədovlar ailəsinə oğlanlarının İrana getdiyi barədə məlumat verib, bizsə bilirik ki, azərbaycanlı vəhabilər Suriyaya əsasən Türkiyə ərazisindən gedir. Polisin hansı məqsədlə belə məlumat verməsi hələlik bəlli dəyil, lakin ehtimal etmək olar ki, əliyev rejimi Suriyada öldürülən azərbaycanlı vəhabilərin günahını İranda axtarmaq üçün cəmiyyətə bir mesaj versin.

Mətbuatın verdiyi başqa bir xəbərə görə Xaçmaz rayonunun Xudat qəsəbəsində vəhabilər şəriət məhkəməsi yaradıb. Vəhabilər qurduqları məhkəmənin ədalətli olmasını iddia etməkdən başqa onu da bildirirlər ki, Azərbaycan kafir dövlətdir, onun məhkəməsi də kafirdir, bu səbəbdən müsəlmanların dövlət məhkəmələrinə üz tutmağlarına imkan verə bilməzlər.

Onu da qeyd edək ki, həmin məhkəmələrə müraciət etmək üçün gərək vəhabi olasan, əksə halda müracitə baxılmayacaq. Düzdür, bu tip məhkəmələr ən yaxşı halda vəhabi vətəndaşlar arasındakı yaranmış mübahisələri həll edə bilər, ancaq inzibati işlərdə, cinayət hüququnda rəsmi səlahiyyətləri olmadığı üçün şəriət məhkəmələrinin çıxartdığı qərarların heç bir əhəmiyyəti yoxdur. Ancaq məsələ burasındadır ki, vəhabilərin öz ağıllarına görə məhkəmə qurmalarına bir tərəfdən də elə əliyev rejimi şərait yaradır, çünki rəsmi məhkəmələrdə vətəndaşlar haqlarını qoruya bilmədiyi üçün və haqqını təmin edə bilmədiyi üçün istər istəməz dövlətdən incik düşür və haqq ədalət axtarmağa çıxır ki, bu zaman onun qarşısına vəhabilərin şəriət məhkəməsi çıxır.

Sözsüz ki, sələfilər bunu anlayır və dövlətin axmaq siyasətindən istifadə edib öz tərəfdarlarının sayını çoxaldırlar, sıralarını genişləndirirlər. Nə zamansa vəhabilərin sayı yetərincə çox olarsa, ölümə gedən, bu adamlar real dövlət də quracaqlar, məhkəmədə, o zaman isə onlarla üz üzə İlham Əliyev qalmayacaq, xalq bunun əziyyətini çəkəcək, çünki o zaman İlham Əliyev və ətrafı, vətəni tərk edərək, xalqdan taladıqları milyardlarla vəsait hesabına xaricdə özləri üçün qurduqları cənnətə gedəcəklər.
Source : Islamtimes
Comment