0
Saturday 5 April 2014 - 15:49

Ərdoğanın Bakı səfəri

Story Code : 369824
Ərdoğanın Bakı səfəri
Ərdoğanın Bakı səfəri

Aprelin 4-də Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri başladı. Qeyd edək ki, Türkiyə hakimiyyətində formalaşan ənənəyə görə hər bir seçkidən sorna bu ölkənin rəhbərliyi ya Şimali Kipr Respublikasına ya da Azərbaycana səfər edir ki, bu da daxili və xarici siyasətdə bir mesaj sayılır.

Ərdoğanı səfərdə baş nazirin müavini Bəşir Atalay, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, milli müdafiə naziri İsmət Yılmaz müşayət edib.

Səfərdən əvvəl Atatürk Hava Limanında keçirdiyi brifinqdə türk baş naziri ölkənin Konstitusiya məhkəməsinin sosial şəbəkələrə qarşı qoyulan qadağaları aradan qaldıran qərarına münasibət bildirərək qeyd edib ki, qərara sayğı göstərmək məcburiyyətndə deyil.

Ərdoğanın səfər öncəsi Azərbaycanda “nurçu”larla bağlı mətbuatda aparılan müzakirələr, Elnur Aslanovun tutduğu vəzifədən azad olunması və səfərdən iki gün əvvəl yenidən başqa vəzifəyə təyin olunması AKP hakimiyyəti ilə əliyev rejimi arasındakı münasibətləri nəzərdən keçirməyə sövq edir

Aslanlının PA-dakı vəzifədən azad olunmasını Ərdoğanın xahişi idisə, yenidən Rabitə və İnformasiya Texnologiyaları nazirliyində vəzifəyə təyin olunması ilə əliyev rejimi ictimaiyyətə o mesajı vermiş olur ki, İham Əliyev heç də Ərdoğanın diktəsi altında deyil. Buna əliyev rejimi həm də ona görə ehtiyac duydu ki, Elnur Aslanlı işdən azad olunandan sonra nurçular əlində olan mətbuat vasitəsi ilə İlham Əliyevi Ərdoğana boyun əyməkdə ittiham etdi və onlar da bunun əksini sübut emək üçün Aslanlıya yeni vəzifə verdilər. Lakin yeni yaranmış vəziyyət və AKP-nin seçkidəki qələbəsi Ərdoğanı İlham Əliyevlə söhbətdə başqa prioritetlərə diqqət etməyi məcbur edir.

Bu həm Rusiyanın regiondakı siyasətindən doğan enerji təhlükəsizliyi məsələsidir ki, burda da Türkiyədən keçməklə Avropanı təchiz edən qaz kəmərlərinin taleyi ilə bağlı müzakirə aparılıb.

Azərbaycanla Türkiyə arasında ciddi mübahisə yaradacaq məsələlər demək olar yoxdur, nurçular mözusunda da İlham Əliyev az da olsa türk hakimiyyətinə dəstək verir. Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanmasa da iki ölkə arasındakı bu sahə çox inkişaf edib. Lakin bir məsələ var ki, iki ölkə arasında uzun müddətdir ki, həll olunmamış problem olaraq qalır.

Söhbət Türkiyə ilə Azərbaycan arasında Azərbaycan tərəfinin vizanı ləğv etməməsindən gedir. Azərbaycan tərəfi bunu texniki məsələ kimi qələmə versə də, bağlı qapılar arxasında rəbhər şəxslər görüşən zaman aparılan müzakirələrdə türklərə deyilən fikir bu olur ki, Azərbaycan Türkiyə ilə vizanı ləğv etsə gərək İranla da eyni addımı ata, bunu isə istəmir .

Digər yandan İranın rəsmi şəxsləri ilə görüşən zaman isə Azərbaycan rəsmiləri iranlılara deyir ki, İranla vizanı ləğv etsə gərək Türkiyə ilə də edə, bu isə Türkiyədən kürd türrorçularının Azərbaycana axınının olmasına gətirib çıxara bilər. Yəni əliyev rejimi türk və iranlılarla görüşəndə hərəyə bir bəhanə uydurur.

Məsələn, erməni terrorçuları Gürcüstan vasitəsilə asanlıqla Azərbaycana gəlib cinayət törədə bilər, bunu ADNA terroru da sübut etdi, ancaq Gürsütanla Azərbaycan arasında viza rejimi mövcud deyil.
Source : Islamtimes
Comment