0
Sunday 6 April 2014 - 18:06

Bir günlük səfər

Story Code : 369859
Bir günlük səfər
Bir günlük səfər
Aprelin 4-də Türkiyə Baş naziri Rəcəb Təyyib Ərdoğanın Azərbaycana bir günlük səfəri başa çatandan sonra milli mətbuatda bu səfərlə bağlı ilginc məlumatlar yayıldı, gərgin müzakirələr aparıldı.

Bir neçə məqamlar var ki, onuların üstündə dayanmaqla mövzunu oxucularımızın nəzərinə çatdıraq. Birincisi, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi ətrafında müzakirələr aparılması süni şəkildə yaradılan ajiotajı xatırladır.

Seçkidən sonra Ərdoğanın Azərbaycana səfərinin baş tutacağı barədə qeyri rəsmi məlumatlar sosial şəbəkələrdə dolaşan zaman hərbi ekspertlər və tanınmış politoloq Vəfa Quluzadə vurğunu daha çox buna gətirirdilər ki, Krım hadisələrindən sonra Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi gündəmə gəlib və türk baş nazirinin səfəri zamanı bununla bağlı müəyyəm müqavilə imzalanacaq. Ancaq nəyəsə görə həm politoloq həm də ekspertlər unudur ki, Azərbaycan artıq 20 ildir Türkiyə ilə hərbi sahədə əməkdaşlıq edir, bu özünü hərbi texniki əməkdaşlıqda, azərbaycan hərbiçilərinin Türkiyədə təhsil almasında, hərbiçilərimizin türk kontinqenti tərkibində dünyanın qaynar nöqtələrində NATO proqramlarında iştirakında göstərir, bundan artıq əməkdaşlıq isə Azərbaycanın NATO-ya üzv olması lazımdır ki, bu da müşkül məsələyə oxşayır və görüş zamanı NATO barədə söhbət belə getmədi.

İkinci məqam, nurçular mövzüsudur. Çoxları gözləyirdi ki, Ərdoğan səfəri zamanı, prezident İlham Əliyevlə görüşündə nurçular mövzüsuna açıq toxunulacaq, Azərbaycandakı nurçu şəbəkəsi və Pensilvaniya İmamı – Fətullah Gülənlə bağlı fikirlərini Türkiyədəki qədər açıq ifadə edəcək, səfər baş tutdu, lakin türk lideri bu barədə gizlində Əliyevlə söhbət edibsə, aşkarda bir söz demədi.

Bunu görən həmin ekspertlər və mətbuat orqanları prezident Əliyevin “Bizim dostluğumuza zərrə qədər də xələl gətirən istənilən problemin qarşısını almağa qadirik” ifadəsini Gülənə ünvanladığını bildirir.

Başqa fikir sahibləri də var ki, onların qənaətinə görə Əliyev Ərdoğan arasındakı görüşdə nurçu mövzusu müzakirə olunmaya da bilər, çünki bu xırda məsələdir. Lakin "Çağ Öyrətim" şirkətinin rəhbəri Ənvər Özərin verdiyi açıqlamadan bəlli olur ki, məsələ o qədər də xırda deyil, o qədər xırda deyil ki, Türkiyə və Azərbaycanda hakimiyyətə, dövlətə təsir etmək gücündə olan nurçular var.

Özər Ərdoğanın Azərbaycanın daxili işlərinə qarışmasına haqq olmadığını dilə ətirməklə, Gülənin onların lideri olduğunu iddia edir və hoca əfəndinin hələ 1990-cı ildən bəri həmişə Azərbaycana dəstək verdiyini qeyd edir. Necə düşünürsən düşün, sonda elə bir nəticə çıxarırsan ki, Özərin hoca əfəndisi Gülən olsa da, ona Azərbaycanda bu boyda böyük meydan verən güc sahibi var ki, Əliyev belə onu asanlıqla neytrallaşdıra bilmir.

Digər bir məsələ isə Ərdoğanın Bakı səfəri zamanı Əjdərbəy məscidini ziyarət edib orda namaz qılacağı ilə bağlı məsələdir. Sözün açığı bu mövzunu QMİ sədri, Allahşükür Paşazadə özü ortalığa atmışdı. Şeyx verdiyi açıqlamada qeyd etmişdi ki, Azərbaycan dünya ölkələri üçün bir tolerantlıq nümunəsidir, heç yerdə o cümlədən nə Türkiyədə, nə İranda, nə də Rusiyada sünni müsəlmanlarla şiə müsəlmanların bir yerdə, bir məsciddə namaz qılmasına rast gəlmək mümkün deyil, ancaq Əjdərbəy məscidində ayrı ayrı məzhəb adamları birgə namaz qılır. Lakin Ərdoğan məscidə gəlmədi.

Burda siyasi bir məqamın olduğunu güman etməsək də, türk baş nazirnin vaxt məhdudiyyəti olduğunu etiraf etsək də, Ərdoğanın çıxışları, “barış” siyasəti naminə, həm də bir dindar siyasətçi imici xətrinə məscidə gəlməsi vacib idi.
Source : Islamtimes
Comment