0
Wednesday 23 April 2014 - 14:16

Dövlət sirri jurnalistə hardandır?

Story Code : 375767
Dövlət sirri jurnalistə hardandır?
Dövlət sirri jurnalistə hardandır?
Rauf Mirqədirovun həbsindən 3 sutka keçməsinə baxmayaraq mövzunun gündəmdə qalması davam edir. Jurnalistə qarşı irəli sürülən rəsmi ittihamla bağlı fikirlər də müzakirələrin əsas qayəsini təşkil edir. Dövlətə xəyanətdə ittiham olunan Rauf Mirqədirovun Ermənistanın “Region” Araşdırmalar İnstitunun direktoru Laura Baqdasaryana Azərbaycanın dövlət sirrlərini ötürməkdə günahlandırılması kim üçünsə inandırıcı göründüyü müşahidə olunmur. İstər İstəməz sual yaranır ki, nə qədər çox oxunan və məhşur jurnalist olsa da Rauf Mirqədirova dövlət sirri hardan? Ordu hissələrinin dislokasiyası, silah və hərbi texnikası barədə olan məlumatları bu adam hardan əldə edə bilər? Bu cür informasiya mənbələri dövlət tərəfindən qorunur və bu informasiya daşıyıcıları olan dövlət qulluqçuları adi qulluqçular deyil, onları heç də öz qohumları belə düz əməlli görə bilmirsə, bir jurnalist, özüdə hakimiyyəti kifayət qədər sərt tənqid edən jurnalist necə görə bilər və onlardan dövlət sirrini əldə edə bilər? Bu suallar o qədər dəqiq, dəlilli, sübutlu cavab istəyir ki, onu cavablandırmadan sonrakı suallara keçməyə belə ehtiyac qalmır. Hakimiyyət bu suallara cavab vermir. Bunları da qoyaq kənara Rauf Mirqədirov nə dərəcədə ağlını itirməlidir ki, ermənilərə dövlət sirrini versin? Nəyin qarşılıöında bunu edə bilərdi? Bu suallar da cavabsız qalır. Lakin əfsuslar ki, həbs olunan jurnalistlə bağlı aparılan müzakirələr rəsmi ittihamın kontekstində aparılır ki, bu kobud da olsa bir növ saxta ittihamları cəmiyyətin gözündə əsaslı olmasına ehyamlandırır. Bu gün verdiyi açıqlamada xanım Laura Baqdasaryan jurnalistə qarşı irəli sürülən ittihama istehza edərək deyib ki, əslində Rauf Mirqədirov “İctimai dialoq” layihəsi çərçivəsində keçirilən konfranslara internet vasitəsilə qatılıb. Bu gün o da məlum olub ki, Rauf Mirqədirovun Ermənistana baş tutan səfərləri Sülh və Demokratiya İnstitutunun tərəfindən maliyyələşdirilib. İnstitutun direktoru Leyla Yunus bu gün verdiyi açıqlamada bəyan edib ki, Rauf Mirqədirovu Ermənistana özü göndərib. Verdiyi açıqlamada Leyla xanım onu da qeyd edib ki, jurnalisti həbs etməklə hakimiyyətin əsas məqsədi İnstitutun direktoru Leyla Yunusu həbs etməkdir. Xanım Yunus özünün də bu günlərdə həbs olunacağını gözlədiyini deyib. Bu həbslə hakimiyyət Ermənistanla Azərbaycan arasında xalq diplomatiyasına da böyük zərbə vurmuş olacaq. Artıq yerli hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların Mirqədirovun həbsi ilə bağlı reaksiyaları yayıldı. İctimai fəallar arasında Rauf Mirqədirova qarşı irəli sürülən rəsmi ittihamların saxta olması fikri dominantlıq təşkil etsə də hakimiyyətin mövqeyinin bununla dəyişəcəyini ehtimal etmək çətindir, bu isə o deməkdir ki, Azərbaycanda daha jurnalist həbsə salındı.
Source : İslamtimes
Comment