0
Friday 25 April 2014 - 16:09

Soyqrım başsağlığı

Story Code : 376641
Soyqrım başsağlığı
Soyqrım başsağlığı
Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın erməni soyqrım ilə bağlı başsağlığı mesajı Ermənistan mətbuatında ildırım sürətilə yayıldı, erməni siyasətçilərinin bəziləri Ərdoğana təşəkkür etməyə də macal tapıb. Ancaq Türkiyə və Azərbaycanda Ərdoğanın mesajı ətrafında aparılan müzakirələr bitmək bilmir, hamı da ABŞ prezidenti Barak Obamanın bəyanatını gözləyirdi ki, Ağ Ev sahibi qondarma soyqrımı ötən il olduğu kimi bu il də "Böyük Fəlakət" adlandırdı. Yəni ABŞ prezidenti soyqrım ifadəsini işlətmədi. Belə olduğu halda Ərdoğanın mesajı onun “açılım siyasəti” ilə üst üstə düşür, həm də Türkiyənin AKP dövründəki baxımsızlıq siyasəti də yer almış olur. Ərdoğanın mesajının Azərbaycanın rəsmi dairələrində də necə qarşılanacağı da maraq doğurmaya bilməzdi lakin hələ ki, əliyev rejiminin təmsilçiləri bu başsağlığına reaksiya verməyib. Bunun da əsas səbəbi ABŞ prezidentinin gözlənilən açıqlaması yox, imkan tapıb Ərdoğan hakimiyyəti ilə məsləhətləşmədən sonra ortaq açıqlama vermək üçün vaxt qazanmaqdır. Bu cür davranış İlham Əliyev hakimiyyəti üçün xarakterikdir. Onu da qeyd edək ki, əliyev rejiminə xidmət edən deputatların dili ilə Ərdoğan hakimiyyəti baş nazirin verdiyi başsağlığına görə sərt tənqid edildi, bəziləri AKP hakimiyyətinə güvənmədə ehtiyatlı olmağı da Azərbaycan hakimiyyətinə tövsiyyə etdi. Di gəl hazırda regionda elə bir vəziyyət yaranıb ki, İlham Əliyev çox ciddi bir böhran yarandığı halda Türkiyə ilə münasibətlərin korlanmasına gedə bilər, bu qədərsə münasibətlərin zədələnməsini biruzə verən deyil. Ancaq diqqət edirsinizsə bir müddət əvvəl İranla münasibətlərin korlanmasını heç gizlətmirdi. Bunun da səbəbi ondadır ki, İlham Əliyevə görə onun hakimiyyətinin İrandan aslı tərəfi və qorxusu yoxdur.
Source : Islamtimes
Comment