0
Saturday 26 April 2014 - 23:35

Sammitdəki çıxış

Story Code : 376755
Sammitdəki çıxış
Sammitdəki çıxış
Məlum olduğu kimi prezident İlham Əliyev aprelin 24-ü Praqada Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının 5 illiyinə həsr olunmuş sammitdə iştirak edib. Elə əvvəldən də məlum idi ki, avropalılar İlham Əliyevi çətin vəziyyətə salacaq təkliflərlə çıxış etməmək üçün Azərbaycanın dövlət başçısı necə lazımdı rüşvətxor avropalılara “hörmət” edib. Yəqin elə buna görə İlham Əliyevin sammitdəki iştirakı Türkiyədə, Azərbaycanda və Ermənistanda əks səda doğuran çıxışı ilə yadda qalıb. Aprelin 24-də ermənilər üçün hansı gün olmasını çoxları bilir, buna xüsusi bir rəng qatmaq istəyən Ermənistan prezidenti Ser Sarksiyan bütün çıxışını sammitdə qondarma erməni soyqrımına həsr edir və sözsüz ki, türklərə döşəmək üçün əlindən gələni edir. İlham Əliyevin çıxışının Sarkisydan sonra sıralanması da təsadüfi olmayıb və Azərbaycan prezidenti “bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” deyib Ermənistanın işğalçılığını, soyqrımın isə qondarma olmasını vurğulayıb.

Sözsüz ki, Əliyevin bu çıxışı Azərbycan və Ermənistanda olduğu kimi Türkiyədə də rezonansa səbəb olub. Əliyevin Türkiyəni müdafiə etməsində qeyri adi bir şey yoxdur, çünki Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi bu gün də cəmiyyətdə yaşamaqdadır. Doğrudur, Türkiyə ara sıra öz maraqlarını da unutmayıb bəzi hərəkətlərə yol verir, lakin elə Ərdoğan özü də bu yaxınlarda verdiyi açıqlamada qeyd etmişdi ki, Qarabağ problemi həll olunarsa Türkiyədəki erməni miqrantlara vətəndaşlıq verə bilər.

Sözsüz ki, Qarabağın həlli ermənilərin, Ermənistan rəhbərliyinin əlində olmadığı üçün erməni miqrantları da heç nə edə bilməz. İlham Əliyev bu çıxışı həm bir daha Türkiyəyə dəstək ifadə etmiş oludu, həm də sammitin mövzusundan məsafədə qalmalı oldu ki, bu da Azərbaycan hakimiyyəti üçün əlverişlidir. Çünki indiki zamanda, rus ayısının ayıq bir vaxtında qərbə doğru qəti addımlar atıb Azərbaycanı ayının ağzına vermək İlham Əliyev hakimiyyətini laxlada bilər. İqtidarda qalmaq isə Əliyev üçün ən vacib məsələdir. Artıq Avropa və ABŞ da əvvəlki kimi deyil, onların Azərbaycan hakimiyyətinə təsiri bir qədər məhdudlaşıb. Düzdür xarici siyasətdə qərb Əliyevdən istədiyini ala bilir, lakin daxili siyasətə təsiri bir qədər azalıb. Bu da əliyev rejiminin ömrünün daha uzun olmasına xidmət etmiş olur.
Source : Islamtimes
Comment