0
Sunday 11 May 2014 - 20:15

Türkiyə və Qətər Ərəbistan və BƏƏ-yə qarşı

Story Code : 381499
Türkiyə və Qətər Ərəbistan və BƏƏ-yə qarşı
Ərəbistana yaxın qəzetlərdən biri Suriyaya müxalif 4 ölkə arasında soyuq müharibədən yazır. Türkiyə və Qətər mətbuatının Ərəbistan və BƏƏ əleyhinə yazdıqları bu ölkələrdə qeyri-sabitliyə xidmət edir.

Fars xəbər agentliyi Londonda çap olunan Əl-ərəb qəzetinə istinadən xəbər verir ki, Türkiyə baş naziri Ərdoğan BƏƏ və Ərəbistanda sabitliyə qarşı layihələr üzərində çalışır. Onun bu addımı Misirdə Müsəlman Qadaşlarının süqutuna reaksiyadır. Ankara Misirdə Müsəlman Qardaşlarının dövlətinə regionda əsas müttəfiqi kimi baxırdı. 

Bu məlumata əsasən Ərdoğan öz məqsədlərini həyata keçirmək üçün BƏƏ və Ərəbistanda yaşayan türk jurnalistləri, Müsəlman Qardaşlarının himayəsini öz üzərinə götürüb. Bu sırada Ərəbistana Həcc səfərinə gedənlər də var. Müxtəlif ölkələrdə yaşayan türklərin fəaliyyətləri aydın deyil. 

Ərdoğan Ərəbistanda Türkiyə kişiləri adlandırdığı şəxsləri müdafiə edir. Bu adamlar arasında Mədinədə yaşayan bir jurnalist də var. Bu şəxs Fars Körfəzi hövzəsindən gələnləri qəbul edir, mətbuatda yazılar verir, öz Tvitter səhifəsində hərəkat yaratmağa çalışır. Bu jurnalistin BƏƏ-də eyni işi görən bir həmkarı var. Bu iki fərd hər ay görüşür. 

Ərdoğan regiondakı bu adamları xüsusi müşavirləri kimi himayə edir və onlar Tvitterdəki öz səhifələrində BƏƏ dövlətini hədəfə alır.

Ərdoğan administrasiyasında çalışan və Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayan şəxslər konfrans və seminarlar pərdəsi altında Ərəbistan vətəndaşlarını qəbul edir. Ankara bu adamlardan öz hədəflərinə çatmaq üçün faydalanır, Ərəbistanda İxvana bənzər hərəkat yaratmaq istəyir. 
Maraqlı nöqtə budur ki, hər 4 ölkə Suriya böhranı başlayandan əl-ələ verərək terrorçuları himayə edib. Amma ayrı-ayrı terrorçu qrupların izlədiyi hədəflər bu ölkələr arasında da qarşıdurma yaradıb. Belə ki, Suriyanın ayrı-ayrı regionlarındakı qruplar bir-biri ilə atışmalarda yüzlərlə silahdaşını qətlə yetirib. 

Ərdoğan öz KİV layihəsində ona arxadan zərbə vuran BƏƏ və Ərəbistana cavab tədbirləri nəzərdə tutur. Bütün bu məlumatlar Ərdoğanın yaxın çevrəsindən sızan məlumatlardır.

Müxtəlif şəbəkələrdə Ərəbistanı hədəfə alan Ömər Qorqmaz və onun işini tamamlayan Ğəzvan əl Misri Ərdoğanın müşavirləridir. 

Başqa türk qəzetlərində də BƏƏ və Ərəbistana hücum çoxdur. Onların əsas hədəfi Ərəbistan rejimi və şəxsən Məlik Abdullahdır. 

Türkiyə və Qətər bu istiqamətdə fəaliyyətlərini tənzimləyir. Ərdoğanla Gülən camaatı arasında son qarşıdurmanın ardınca Qətərlə həmkarlıq güclənib. Qətərin Əl-Cəzirə və başqa şəbəkələri Ərdoğanı himayə edir, onun müdafiəsinə qalxır. Qətər Ərdoğanın himayəsi üçün Əl-Cəzirədə proqramlar yayır. Bu şəbəkə Qətər əmirinin noyabr səfərində işə salınıb.

Müsəlman Qardaşları da İstanbulda Əl-Şərq şəbəkəsini açıblar. Qətər bu şəbəkəyə böyük məbləğdə pul ayırıb. Türkiyə şəbəkə üçün şərait yaratmağı öz öhdəsinə götürüb.
Comment