0
Saturday 13 November 2010 - 08:59

Anrova sionist rejimin puç iddialarını təkzib edib

Story Code : 43932
Anrova sionist rejimin puç iddialarını təkzib edib
Anrova sionist rejimin puç iddialarını təkzib edib
Kingin sözlərinə görə, sionist rejimin beynəlxalq təşkilatlar Qəzzə blokadasının ləğv edilməsi ilə bağlı istəklərinə hələ də laqeydliklə yanaşır.

King vurğulayıb: Sionist rejimin Qəzzə blokadasının aradan qaldırılması ilə əlaqədar iddialara rəğmən, bu məntəqədə yaşayan fələstinlilərin həyatında dəyişikliklər müşahidə olunmayıb. Qəzzədə vəziyyət gərgindir. Ona görə də faktiki olaraq İsrail rejimi bu məntəqədəki blokada şəraitinə xitam verməlidir. Qəzzədə blokada vəziyyəti araşdırmaq üçün İngiltərənin parlament nümayəndələri oradakı vəziyyət haqda belə bir etiraf ediblər: Qəzzənin blokada vəziyyəti bu məntəqədə öz təsirini göstərir.

İngiltərə parlamentinin bu heyəti vurğulayıblar: Təəssüflər olsun ki, İsrail rejimi Qəzzəni blokada vəziyyətində saxlayaraq sanki məntəqəni bir həbsxanaya çevirib.

Qəzzədə insan faciəsi çox böyükdür. Belə ki, Qəzzəyə gəlmiş Qərb nümayəndələri oradakı gərgin vəziyyəti görüb sionistləri tənqid ediblər.

İsrail rejimi ötən iyun ayında iddia etmişdi ki, Qəzzəyə malların daxil olması ilə bağlı bəzi maneələr ləğv olunub. Amma onların bu iddiası artıq komandosların azad sularda Azadlıq Karvanına olan hücumdan sonra irəli sürülüb.

Ümumi fikrin etiraz səviyyəsini azaltmaq və Qəzzədəki blokada vəziyyətini dəqiq ləğv etməkdən imtina məqsədilə sionist rejimin hökumət nümayəndələri ancaq bu mühasirə halqası indiyədək nəinki azalıb, əksinə bu qeyri-legitim rejim Qəzzəyə qarşı təcavüz xarakterli siyasətlərini də genişləndirib.

Sionist rejim 4 ildir ki, Qəzzəni mühasirəyə alıb. Beynəlxalq ictimaiyyətin, xüsusilə də BMT sionist rejimi Qəzzədəki blokadaya son qoymasına səhlənkarlıqla yanaşdığı üçün məsələ daha da mürəkkəbləşib.

Nəticə etibarilə demək olar ki, Qərb dövlətlərinin İsraili hərtərəfli dəstəkləməsi təəssüfləndirici haldır. Əlbəttə onu dəstəkləyən ölkələrin bu rejimin Fələstinə qarşı cinayətlərində şərik hesab etmək olar.
Müəllif: B.Nəcəfi
Source : IRIB
Comment