0
Monday 29 November 2010 - 18:52

Ermənilər arasında Türkiyəyə inamsızlıq

Story Code : 45528
Ermənilər arasında Türkiyəyə inamsızlıq
Ermənilər arasında Türkiyəyə inamsızlıq
AYSOR xəbər portalının məlumatına əsasən, Ermənistanın avropalı dostları təşkilatı tərəfindən keçirilən rəy sorğusunda respondentlərin 75%-i Serj Sarkisyanın Türkiyə ilə əlaqələri normallaşdıran protokolun qəbulundan imtina etməsini dəstəkləyib. Bu gün noyabrın 28-də keçirilən rəy sorğusunun nəticələrinə əsasən, rəy sorğularının 65%-i bildirib ki, sərhədlərin açılması Ermənistanın AB-yə qoşulmasına kömək edəcək.

Qeyd edək ki, Türkiyə hökumətinin rəsmiləri bundan öncə Ermənistanla əlaqələrin normallaşdırılmasını Qarabağ münaqişəsinin həlli ilə şərtləndirmişdilər.

Az.R-sı və Ermənistan Dağlıq Qarabağa və ətrafdakı 7 rayona mülkiyyət məsələsindən ixtilaflıdırlar. Azəri-erməni münaqişəsi 1988-ci ildə yəni Azərbaycan Respublikası və Ermənistanın müstəqilliyindən 3 il əvvəl başlandı və 22 ildən sonra hələ də davam etməkdədir. Maraqlıdır ki, Ermənistan dövlətinin nümayəndələri Azərbaycan Respublikasını müharibəyə başlayan tərəf kimi təqdim edirlər. Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatı Qarabağ münaqişəsinə son qoymaq məqsədilə Minsk qrupunu yaratdı və qrupa həmsədrlik ABŞ, Fransa və Rusiyaya tapşırıldı. Həmsədrlər qrupun yarandığı gündən indiyədək münaqişənin həlli sahəsində heç bir nailiyyət qazanmamışdılar. Buna baxmayaraq, hər 3 həmsədr dövlət uzun sürən münaqişəni öz inhisarlarında saxlamaqda israrlıdırlar.

Belə bir şəraitdə Ermənistan dövləti və onun Qərbdəki müttəfiqləri Türkiyə dövlətinə təzyiq göstərirlər ki, Qazaxıstanda ATƏT-in Mİnsk sammiti başlamazdan öncə bəzi məqsədlərini reallaşdırsınlar. Avropa Birliyinə qoşulmaq üstündə Türkiyənin Qərblə ixtilaflarının şiddətlənməsi və bəzi Avropa dövlətlərinin anti-Türkiyə mövqe tutması, habelə bu müsəlman ölkəsi ilə işğalçı İsrail rejimi arasında münasibətlərin gərginləşməsi fonunda rəsmi Ankara ötən bir ildə islam dünyası ilə yaxın əlaqələr qurmağa meyllənib və müsəlman ölkələrində öz reytinqini kifayət qədər gücləndirib. Lakin son vaxtlar raket sipərinin Türkiyə ərazisində qurulması ilə əlaqədar NATO və Amerikanın istəklərinə tabe olması bu müsəlman dövlətin islam dünyasındakı mövqeyinə zərbə vurmaqdadır. Belə bir şəraitdə Ermənistan rəsmiləri çalışırlar ki, Türkiyəyə təzyiq göstərərək mövcud şəraitdən bəhrələnsinlər. bu vəziyyətdə demək olar ki, Türkiyə Ermənistanın təzyiqləri qarşısında ya geri çəkilməli və Az.R-sı ilə bağlı iqtisadi maraqlarını itirməməlidir, ya da ki, ermənilərin istəkləri bərabərində müqavimət göstəməlidirlər. Şübhə yoxdur ki, Türkiyə iqtisadi mənafeyinin Qərb və Amerika tərəfindən təmin olunduğu təqdirdə Qərbi Azərbaycan Respublikasından üstün tutacaq. Zira Türkiyənin xarici siyasətinin uzun müddətli strategiyasında Avropa Birliyinə inteqrasiya həmişə xüsusi bir yer tutub və Az.R-sı ilə əməkdaşlıqda daha çox enerji məsələsinə önəm veriblər.

Müşahidəçilərin fikrincə Türkiyə üçün Azərbaycan Respublikasından dünya bazarlarındakı qiymətin 2çdə birin

Mavi yanacaq alması o qədər də əhəmiyyətli məsələ deyil. Zira Türkiyə enerji ehtiyaclarını başqa yerlərdən də təmin edə bilər. Bu səbəbdən Türkiyə prezidenti Abdulla Gül İsveçrəyə səfərində demişdi ki, onun ölkəsi Ermənistanla normal əlaqələrin qurulmasına dair protokolun icrasını istəyir.

Türkiyə ilə Ermənistan arasında dərin ixtilafların mövcud olmasına baxmayaraq, 2 ölkənin xarici işlər nazirləri 2009-cu il oktyabr ayında İsveçrənin Sürix şəhərində iki protokol imzaladılar. Lakin həmin protokollar hələ də Ermənistan və Türkiyə parlamentləri tərəfindən ratifikasiya olunmayıb. İfrat türk millətçilər Sürix protokollarının imzalanmasını Türkiyə üçün "Qara gün" adlandırırlar. Ermənistan müxalifəti isə sözü gedən protokolları bu dövlət üçün acınacaqlı başlanğıc kimi dəyərləndirirlər.
Müəllif: M.Talibi
Source : IRIB
Comment