0
2
comments
Saturday 11 December 2010 - 18:38

İsrail 10 Avropa ölkəsi ilə İran əleyhinə təbliğ üçün müqavilə imzalayıb

Story Code : 46587
İsrailin çirkin siyasəti
İsrailin çirkin siyasəti
İsrail rejimi səfirliklərinə verdiyi tapşırıqda 10 Avropa ölkəsi ilə əməkdaşlıq edərək 1000 nəfərədək işçi vasitəsilə ümumi kütlədə İrana qarşı mənfi ictimai fikir yaratmağı tələb edib.
Harriet Şervud İngiltərədə nəşr olunan “Guardian” qəzetində yazır: “İsrail rejimi İngiltərə də daxil olmaqla 10 Avropa ölkəsindəki səfirliyinə göstəriş verib ki, həmin ölkə vətəndaşlarından 1000 nəfər işə götürməklə onları İsrail rejiminin hamisi olan siyasətçiyə çevirsinlər və bu yolla ictimai əlaqələrini gücləndirsinlər.
Bir müddət öncə İsrail XİN-dən bu ölkənin səfirliklərinə Aviqdor Libermanın “İsrailin Avropada mövqeyinin gücləndirilməsi” ilə bağlı yeni göstərişi daxil olub.
Harriet Şervudun bildirdiyinə əsasən, Liberman təəccüb doğuran göstərişlərindən birində səfirliklərdən gələn ilin yanvar ayının ortalarınadək 1000 nəfər İsrail tərəfdarı seçməyi tələb edib. Təhlükəsizlik orqanlarından olan bir mənbə bu insanları “İsrailin mesajlarını qəbul edərək xalq arasında yayan dostlar” kimi yad edir.

Avropanın 5 paytaxtı xalqla İsrail arasındakı münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcək
Seçiləcək şəxslərin yəhudilər, məsihilər, universitet tələbələri və jurnalistlər arasından olacağı ehtimal edilir. Bu şəxslər sionist rəsmilər tərəfindən təlimatlandırılaraq xalq arasında və mətbuatda İsrail rejimini təbliğ edəcəklər.
Məqalədə İsrailinöz planlarını beş Avropa ölkəsində daha geniş həyata keçirəcəyi bildirilir. Bu beş paytaxt London, Paris, Berlin, Madrid və Romadan ibarətdir. Onlar bu şəhərlərdə lobbilər yaradaraq onların mənafeinə xidmət edən şirkətlər və təşkilatları maliyyələşdirəcəklər.

İsrail muzdurlarının digər vəzifəsi İranda insan haqlarının pozulmasını təbliğ etmək olacaq
Yuxarıda qeyd olunan təşkilatların vəzifəsi İsrailin siyasi mesajlarını bütün dünyaya yaymaq, o cümlədən İsrailin Fələstin Muxtariyyatı ilə aparılan danışıqlarda kompromis mövqedə olduğunu təbliğ etməkdir. İsrail rejiminin mövqeyini gücləndirən məsələlərin, məsələn, texnologiya və turizm sahəsinin genişləndirilməsinin də nəzərə alınması onların planlarındandır. Onların digər vəzifəsi məntəqədə diqqəti İran və Ərəb ölkələrində insan haqlarının pozulmasına yönəltməkdir.
İşğalçı İsrailin XİN qərara gəlib ki, bu ölkənin Avropadakı səfirlikləri hər ay mərasimlər təşkil edərək baxış keçirmək üçün nüfuzlu insanları işğal olunmuş Fələstin torpaqlarına aparsın. Liberman yaxın zamanlarda Avropadakı səfirliklərini ziyarət edərək onları ümumi aqressiv diplomatiyaya təşviq etmək niyyətindədir.
Şervudun dediyinə əsasən, israilli bir rəsmi bu həqiqətlər haqda açıqlama verməkdən çəkinərək deyib: “Təbiidir ki, biz hər zaman əlaqələrimizi genişləndirməyə çalışmışıq. Həmişə İsrailin beynəlxalq rabitələri zəminində nigarançılıq olub. Bu nigarançılıq bir neçə Avropa ölkəsi ilə münasibətdə daha ciddidir.
Məqalədə İsrail rəsmisinin öz sözünün davamında belə dediyi bildirilir: “İsrail bundan öncə də “Hasbara” (lüğətdə “izah etmək” əməldə isə ümumi diplomatiya və təbliğat mənasındadır) adlı bir proqramla öz əlaqələrini genişləndirməyə çalışıb. Bu rejim Qəzza əhalisi əleyhinə 22 günlük müharibədə öz Milli Təhlükəsizlik Xidməti vasitəsi ilə həlledici mesajlarını dünya əhalisinə çatdırmağa səy göstərirdi.”

İctimai rəy formalaşdırılması və internetdə sionist rejimin təbliği üçün xarici şirkətlərdən istifadə
“Guardian” qəzetinin yazarı bildirir ki, İsrail rejiminin tabeçiliyində olan silahlılar və səfirliklər “Twitter”, “FaceBook” və “YouTube” kimi sosial şəbəkələrdən istifadədə olduqca peşəkardırlar. İngiltərənin təhqiqat və rabitə müəssisəsi olan “Bicom” və “İsrailin ABŞ-dakı layihələri” kimi təşkilatlar müstəqil fəaliyyət göstərdiklərini iddia etsələr də, hər zaman İsrailin mənafelərini izləyirlər. Onlar işğal altında olan Fələstin torpaqlarındakı jurnalistlər üçün lazım olan şəraiti yaradır və bu torpaqlara səfər etmək istəyən jurnalistləri hərtərəfli təmin edirlər. Hətta “Quardian” qəzetinin jurnalistləri nimayə olunur.
Digər ölkələr arasında da ümumi diplomatiya üsulundan bəhrələnənlər var. Ruanda bir müddət öncə Londonda fəal şirkətlərdən birini satın almışdı ki, şirkət bu dövlət haqqında müsbət fikirlər söyləsin. “Bell Pottinger” adlı bu şirkətə İngiltərənin sabiq baş naziri xanım Teççerin məsləhətçisi Lord Bill rəhbərlik edir. Şirkət Şrilanka və Madaqaskarın da nümayəndəliyini öhdəsinə götürüb.
Sionist rejimi qeyri-qanuni mühacirləri həbs etmək üçün işğal olunmuş Fələstin torpaqları ilə Misir sərhədi yaxınlığında 10 min nəfərlik tutumu olan bina inşa edib. İsrail bir müddət öncə bu sərhəddə divar tikintisinə başlayıb. Deyilənlərə görə Afrika səhralarından hər ay 1200-dən 1500-dək mühacir işğal olunmuş Fələstinə daxil olur.
İşğalçı İsrailin baş naziri Benyamin Netanyahu deyib: “Mühacirlərin İsrailə axını bu ölkədə işsizlik təhlükəsi yaradıb. Biz bu qeyri-qanuni mühacirətlərin qarşısını almalıyıq. Çünki bu proses İsrail üçün olduqca təhlükəlidir.” 

"IslamTimes" - Tərcümə şöbəsi

http://www.farsnews.com/newstext.php?nn=8909171596
Comment


United States
Salam maraqli yazidir. Hevesle oxudum. Tewekkur edirem.
Iran, Islamic Republic of
Gozel saytiniz var, men daimi oxucularinizdanam