0
Saturday 8 January 2011 - 00:41

Həzrət İsa haqqında nə bilirik?

Story Code : 49519
İsa haqqında nə bilirik?
İsa haqqında nə bilirik?
1. İsa peyğəmbərin mövlud günü yeni ilin ilk günlərinə təsadüf edir. Həzrət İsa ülul-əzm peyğəmbərlərdən biridir. Nuh, İbrahim, Musa, İsa və Məhəmməd peyğəmbər Allahın təyin etdiyi böyük və mühüm peyğəmbərlərdəndir. Dünya əhalisinin 2 milyardını məsihilər, 1,5 milyardını isə müsəlmanlar təşkil edir. Quranın “Nisa” surəsinin 157-158-ci ayələrinə əsasən İsa Məsih hazırda sağdır: 

وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِنْ شُبِّهَ لَهُمْ
بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا 

O hikmət-izzət baxımından yüksək məqam sahibidir. İsa peyğəmbərin İmam-zaman (ə) zühur edəcəyi vaxt bu imama iqtida edərək onu dəstəkləyəcəyi bildirilir. 

2. Həzrət İsanın anası sədaqətli və pak bir qadın idi:
 
ان الله اصطفاك و طهرك و اصطفيك علي نساء العالمين 

Quranda bu xanımın adı ilə bağlı surə də nazil olmuşdur. Müsəlmanların müqəddəs kitabı onu “Allahın nişanəsi, nümunə” kimi tanıtdırır. Həzrət Məryəm öncə məbəddə xidmətçi idi. O Allahın nazil etdiyi mələkdən övlad müjdəsi aldı. Bu övlad beşikdə ikən “Mən Allahın quluyam, O mənə Kitab verdi…” söylədi.
 
قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا
وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ 

O aşkar şəkildə hamıya tanıtdırıldı və Allahın namaz və zəkat əmrləri xalqa çatdırıldı.
وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا
“Məni anama münasibətdə xeyirxah qərar verdi və məni sitəmkar və zalımlardan etmədi.” 

وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا 

3. Quranda iki peyğəmbərə 3 mühüm məqamda salam verilir.
 
و سلام عليه يوم و يوم يموت و يوم يبعث حيا، و السلام علي يوم ولدت و يوم اموت و يوم بعث حيا 

Bu məqamlar doğum, vəfat və yenidən qaldırılacağımız anlardır. Müqəddəs kitabda yad olunan bu iki şəxsdən biri həzrət Yəhya, digəri isə İsa peyğəmbərdir. Həzrət Yəhya Bəni-İsrail hökmdarının azğınlığına görə şəhid oldu. Şəhidlər ağası İmam Hüseyn (ə) öz qiyamında Yəhya peyğəmbəri yad edərək ondan söz açır. 
3 mühüm məqamda salam verilmiş digər şəxs olan İsa peyğəmbər Allahın yer üzündəki nişanələrindən sayılır. O atası olmadan dünyaya gəldi. Bu peyğəmbərə “İncil” adlanan müqəddəs kitab nazil olub. Təhrif edilməmiş İncil Allah kitabıdır, bu kitab Quran və Tövratla bir sıradadır. 

4. Vil Durant “Sivilizasiyasının tarixi” kitabında yazır: “İslam, Quran və müsəlmanların məsihilərin boynunda böyük haqqı var. Çünki müsəlmanların müqəddəs kitabı olan Quranda Məryəm oğlu İsa böyük bir peyğəmbər kimi tanıtdırılır. Bu kitabda İncilin Allah kitabı olduğu təsdiqlənir. Bu nöqtələr Quranda zikr edilməsəydi, Məryəm oğlu İsanın isbatı olduqca çətin olardı. Çünki o nə ailə qurub, nə övladı var, nə də məqbərəsi. Əgər İslam peyğəmbəri və Quran İsanı peyğəmbər olaraq təsdiqləməsəydi, şəksiz ki, İsanı peyğəmbər olaraq qəbul edənlər çox az olardı. Həzrət Məsih Quran və Əhli-Beyt rəvayətlərində əzəmətli, pak və xeyirxah bir insan kimi yad edilir və onun haqqında bir çox rəvayətlər nəql olunub. 

5. “Tohəful-uqul” kitabı 5-ci əsrdə Əli ibn Şobə tərəfindən yazılmış qiymətli və nəfis bir kitabdır. Adından göründüyü kimi kitab məsumların, peyğəmbərlərin kəlamlarından ibarətdir. Kitabın sonlarında İsa və Musa peyğəmbərin bəzi minacatları da yer alıb.
Müəllif deyir: “Bu cümlə öncəki öncəki rəvayətlərlə uyğundur və bunu qeyd etməkdə məqsədim hədislərlə minacatlar arasında düçüncə tənasübünün olduğunu göstərməkdir.” 

6. Allahla İsa peyğəmbər arasındakı minacatda oxuyuruq:
 
اناربك و ربك آبائك
اسمي واحد و انا الاحدالمتفرد بخلق كل شيء و كل شي من صنعي و كل الي راجعون 

Mən sənin və atalarının pərvərdigarıyam. Mənim adım “Vahid”dir. Mən kimsənin köməyi olmadan hər şeyi yaradıram. Bütün yaranmışlar mənə məxsusdur və hər şey mənə doğru qayıdacaq.”
Ey İsa sən mənim fərmanım altındasan. Sən mənim iznimlə torpaqdan canlı bir varlıq yarada, ölülələri dirildə bilərsən. Belə isə məndən başqasına ümidli olma və məndən başqasından qorxun olmasın. Məndən başqa heç kəsə sığınma.
Ey İsa, Mənim adımı dildə xatırla və məhəbbətimi qəlbində canlandır.
Ey İsa, qəflət zamanı sayıq ol, müdriklik və hikmətini gücləndir.
Ey İsa, sən başqalarına münasibətdə cavabdehsən. Zəiflərə kömək et. Necə ki, mən sənə öz rəhmətimi nazil edirəm. Yetimləri özündən uzaq salma.
Ey İsa, zəiflərlə keçin və üzünü səmaya doğru tutub məni çağır ki, sənə yaxınam. 

7. Allah-Taala Məryəm oğlu İsaya buyurur: “Peyğmbərlərin sərvəri, mənim sevimlim, xoş simalı, nurlu, təmizürək, düşmənlərlə mübarizədə ciddi, qırmızı tüklü dəvə sahibi, həyalı, səxavətli və alicənab olan Əhmədi sənə tapşırıram. O yer üzündəkilərə rəhmət, və Adəm övladlarının sərvəridir. O görüş günü səmada mənimlə birgə olacaq. O öncüllər arasında ən yaxşı insandır. O dərs oxumamış bir ərəbdir. O müsəlmanlar içində mənə ən yaxın şəxsdir. O mənim dinimdə hökm sahibidir və itaət yolunda səbirlidir.
Həzrət İsa (ə) buyurur: “Ey Bəni-İsrail alimlər olan məkanlara gedin. Dizləriniz üzərində yeriyin ki, Allah-Taala ölü torpaqları iri yağış damlaları ilə canlandırdığı kimi ölmüş qəlbləri hikmət nuru ilə canlandırar. 

8. Doğrudan da sizin qəlbləriniz xəzinələri gizlətdiyiniz yerdədir və xalq öz var-dövlətini çox sevir. Buna görə də xəzinələrinizi ərşdə saxlayın. Nə həşərat yesin, nə xarab olsun, nə də oğru aparsın.
Həqiqətən də, əkinçilik münbit və yumşaq torpaqda səmərəli olur, daşlıqda yox. Hikmət də təkəbbürlü qəlbdə deyil, təvazökar qəlbdə inkişaf edərək səmərəli olur.

Həzrət İsanın mövludu münasibətilə 

Müəllif: Seyid Rza Əkrəmi 
"IslamTimes" - Tərcümə şöbəsi

Comment