0
Tuesday 8 February 2011 - 16:05

Əl-Əqsa məscidini dağıtmaq planı

Story Code : 53926
Əl-Əqsa məscidini dağıtmaq planı
Əl-Əqsa məscidini dağıtmaq planı
Tisir Əl-Təmimi müsəlman ölkələrindən istəyib ki, Qüdsdə və Əl-Əqsa məscidində baş verənlərin qarşısında möhkəm mövqe tutaraq sionistlərin intriqasını boşa çıxarsınlar.

Sionist rejim müsəlmanların birinci qibləgahını dağıtmaqda tələsir. Bunun üçün də məscidin altında və ətrafında tunel salaraq məscidi çökdürmək qərarına gəlib . Bununla da ən kiçik zəlzələ və ya sair təbii fəlakət baş verərsə bu müqəddəs məkan yerlə yeksan olacaqdır. Bir müddət öncə ifratçı sionistlər öz provokasiyalarını elə bir həddə çatdırırlar ki, Əl-Əqsa məscidindən əsər-əlamət olmayan xəritə çat etdilər. Çap olunan yeni xəritədə Əl-Əqsa məscidinin yerində bir yəhudi ibadətgahı müşahidə olunur.

Ekstremist yəhudi mühacirlərin Əl-Əqsa məscidinə qarşı təcavüzü son zamanlar ultra ifratçı xarici işlər naziri Aviqdor Libermanın işarəsi ilə şiddətlənib. O, bildirmişdi ki, Qüds İsrailin əbədi paytaxtı olacaq.

Bütün bunlar sionist rejimin Beytül Müqəddəsi istilası altına salmaq üçün dağıdıcı planlara malik olduğuna dəlalət edir, eyni zamanda göstərir ki, sionistlər Əl-Əqsa msəcidini dağıtmaq üçün mütəşəkkil hərəkət edirlər. Bu yaxınlarda faş olunan planlardan birinə, əsasən sionist rejimin terrorçu KAX təşkilatı Əl-Əqsa məscidinin bombalanması ideyasını irəli sürmüşdür.

Başqa ssenarilərə görə isə süni zəlzələ və ya partlayış törətməklə də Əl-Əqsa məscidini uçurmaq mümkündür.

Ümumiyyətlə, Əl-Əqsa məscidinin dağıdılması sionistlərin ayrı-ayrı toplantılarında qızğın müzakirə olunan mövzudur. Bu məsələnin ətrafında sionist rejimin qurulduğu gündən məsləhətləşmələr gedir. 1969-cu ildə Maykel Rohanın başçılıq etdiyi ifratçı sionistlər Əl-Əqsa məscidində yanğın törətdilər və bunun nəticəsində məscidə çoxlu ziyan dəydi. Həmçinin məscidin altında son illər aparılan qazıntı işləri təhlükəli vəziyyət yaradıb.

Müəllif : B. Nəcəfi
Source : IRIB
Comment