0
Tuesday 29 March 2011 - 17:26

Suriyaya qarşı təxribat sazişi

Story Code : 62134
Suriyaya qarşı təxribat sazişi
Suriyaya qarşı təxribat sazişi
Suriya üsuli-idarə baxımından digər ərəb ölkələrindən bir o qədər seçilməsə də, bu ölkədə sosial şərait, insan haqlarına riayət digər qərb ölkələrindən fərqlənir. Ən mühümü mövcud hökumətin yeritdiyi xarici siyasətdir. Prezident Bəşar Əsədin hakimiyyəti üsuli-idarə baxımından monarxiya sayıla bilər. Amma Suriyanın Ərəb-İsrail konfliktində tutduğu mövqe onu başqalarından fərqləndirir. Suriya məntəqədə İsrailin ciddi müxalifi sayılır və Böyük İsrail planının qarşısında dayanmış ölkədir. Elə bu səbəbdən də Misirdə Mübarək rejiminin süqutundan üzülən ABŞ, Qərb və İsrail heç olmaya Suriyadan yaxa qurtarmaqla balans yaratmağa çalışırlar.
Filkkaisrael internet portalı Suriya hökumətinin süqutuna yönəlmiş məxfi layihədən yazıb. İrna.ir eyni mənbəyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı və ABŞ Suriya hökumətinin süqutu ilə bağlı məxfi danışıqları davam etdirir. Bu danışıqlarda Səudiyyə Ərəbistanını bu ölkənin ABŞ-dakı sabiq səfiri Bəndər ibn Sultan, Amerikanı onun Livandakı sabiq səfiri Cefri Filtman təmsil edir.
Hələ 2008-ci ildə Suriyaya qarşı hazırlanmış 2 milyard dollarlıq təxribat planının izləri müxtəlif şəhərlərdə müşahidə edilməkdədir.
Filkkaisrael yazır ki, layihəyə əsasən xalqın demokratik tələblərlə çıxışları dövlət əleyhinə inqilab həddinədək qızışdırılmalıdır.
Layihədə Suriya taktiki baxımdan 3 məntəqəyə bölünür: böyük şəhərlər, kiçik şəhərlər və kəndlər. Layihənin sosial istinadı əsasən təhsilli işsiz gənclərdir. İkinci hərəkətverici qüvvə cinayətkar ünsürlərdən hazırlanmış qruplardır. Layihənin icrasında 22 yaşdan aşağı müxalif fikirli gənclər də səhnəyə çəkilir.
Bu layihəyə informasiya dəstəyini Qərb və ABŞ tərəfindən maddi dəstək göstərilən KİV yerinə yetirir.
Layihədə biznes sahəsi də yaddan çıxarılmayıb.
Cəmiyyətdə konkret tezislər əsasında fikir formalaşdırılır:
-vətəndaşın rəyi əsas sayılmalıdır;
-dəyişikliklər yalnız güc yolu ilə mümkündür;
-Vətəndaş! Gələcək sənin öz əlindədir!
-Bu vəziyyəti sənin sükutun yaradıb!
Cinayətkar ünsürlərdən təşkil olunmuş qruplar qarşısında konkret vəzifələr qoyulub:
-aranı qarışdıracaq qətllər törətmək;
-inzibatı binaların yandırılması;
-həbsxanalara, güc strukturlarının binalarına nüfuz etmək;
Müxalif gənclərin də vəzifələri müəyyənləşdirilib:
-prezident administrasiyasına qarşı zor tətbiqi;
-insanlarda dövlətin cəza tədbirlərinə inam yaratmaq;
-inqilaba müxalif bütün insanlar xaindir
İnformasiya vasitələri qarşısında da konkret tapşırıqlar qoyulub:
-müxtəlif qüvvələr arasında davamlı rabitə yaradılması;
-meydandakı insanların vətənpərvər kimi tanıtdırılması;
-mətbuat konfranslarının təşkili;
İnqilab gedişində var-yoxunu itirmək qorxusu yaşayan biznesmenlər qərb dövlətlərinin səfirliklərinin nəzarəti altında saxlanılır. Onları müflisləşmək qorxusundan istifadə etməklə əməkdaşlığa cəlb etmək, inqilaba yardım almaq.
Hərəkata başlamaq üçün qüvvələrin sayı da müəyyənləşdirib: böyük şəhərlərdə 5 min, kiçik şəhərlərdə 1500, kəndlərdə 500 nəfər səfərbər edildiyi zaman hərəkata başlamaq olar.
Bazar və meydanlarda, məscidlərdə namazdan sonra kiçik qrupların dövlət əleyhinə şüar deməsi və bu səhnələrin lentə alınıb yayılması nəzərdə tutulur.
İstənilən vasitə ilə məsulları, polisi zora vadar etmək tapşırılır və bu istiqamətdə konkret tapşırıqlar verilir.
Məsihi erməniləri qətlə yetirməklə, sünni-şiə qarşıdurması yaratmaqla ölkədə sabitliyin pozulması mühüm sayılır...
Bu layihə hazırda bütün Suriya boyu həyata keçirilməkdədir. ABŞ və İsrail Ərəb inqilabında itirdiklərinin kiçik də olsa bir hissəsini Suruyada geri qaytarmağa ümid edirlər.

HaqqYolu
Cəmiyyət və Siyasət bölməsi
Comment