0
Tuesday 19 April 2011 - 19:59

İsrail Qarabağın işğalında maraqlıdır

Story Code : 65927
İsrail Qarabağın işğalında maraqlıdır
İsrail Qarabağın işğalında maraqlıdır
Islam times.org/az/ - İsraildəki radikal Netenyahu hökuməti, Obamanın Orta Şərqdə problemin tezliklə həll olunması cəhdi və sionist rejimlə Fələstin arasındakı müzakirələrin ən böyük mane olaraq sayılır. İsrailin çıxartığı son süni böhran, Fələstin dövləti qurulub beynəlxalq çapda qəbul olunması cəhdlərinə maneə törətməyi məqsəd tutub.

İsrail mətbu orqanlarının sızdırdığı xəbərlərə görə İsrail və ABŞ rəhbərliyi arasındakı anlaşılmazlıqlar get-gedə artır. Bunun səbəbi isə ABŞ başçısı Barak Obamanın çarəsiz qalıb 1967 il sərhədləri uyğun olaraq bir Fələstin dövləti qurulmasında israr etməsidir.

Xatırlasaq ki, Binyamin Netenyahunun təxminən iki il əvvəl İsrail baş nazirliyinə gəlməsindən bəri İsrail ilə rəsmi ABŞ arasındakı əlaqələr ilk dəfə gərilmir .

Hal-hazırda ərəb ölkələrində baş verən acınacaqlı ictimai durumda İsrail barmağının olması fikrini bəzi politoloqlar müdafiə edir.

Politoloqlar bu böhranın, fələstinlilərin Fələstin dövlətinin Birləşmiş Ştatlarda beynəlxalq ölçüdə tanınması istiqamətində hərəkət etmələrinə maneə törətmək ya da Ərəb inqilablarına təsir edə biləcək hər hansı bir cəhdin qarşısını kəsmək üçün çıxarılmış süni bir böhran olduğu fikirini söyləyirlər.

ABŞ ilə İsrail arasında böhran meydana gəlməyə başlayıb. Fikrimcə bu əlaqələrin qısa müddətdə pisləşəcəyini ya da
iki ölkə arasındakı strateji əlaqələrə təsir edəcəyi ehtimalı azdır. Çünki rəsmi Tel-Əviv adəti üzrə ikili standartlarla siyasət yürütməyi üstün tutur.

Rəsmi Vaşinqtonun Fələstin-İsrail müzakirələrini reallaşdırması və ABŞ-da Fələstin dövlətinin qurulmasının dəstəklənilməsi, Amerikadakı Yəhudi Lobbisinin və Yəhudi cəmiyyətlərinin ABŞ rəhbərliyinə təzyiq etməsinə səbəb olacaq. Hətta İsrailin böyük dəstəyini alan konqres də təzyiq edənlərin öndə gedəni olacaq

ABŞ və İsrail bir-birlərinə müttəfiq kimi davransa da sionist siyasət və iqtisadiyyat, sionist nüfuz ABŞ-ı öz idarəsi altında tutur. Buna misal olaraq Barak Obamanın prezidentliyə namizədliyi dövründə öz platformasının yarıdan çoxuna əməl edə bilməməsini göstərmək olar.

Obama prezident olacağı təqdirdə məşhur Quantanama həbsxanasını bağlayacağını oradakı müsəlman məhbusları azadlığa çıxmağa şərait yaradacağını vəd etmişdi. Lakin sionist rejimin ABŞ-dakı lobbilərinin təziqi nəticəsində prezident bu vədini həyata keçirə bilmədi.

Lakin unutmaq lazımdır deyil ki, bəzi müsəlman ölkələrinin dünyadakı nüfuzu qarşısında acizlik göstərən ABŞ hər zaman İsrail lobbilərinin istəklərini həyata keçirə bilmir. İran və Türkiyə kimi qüvvətli müsəlman ölkələrinin ABŞ-a təsiri Ağ Ev rəsmilərini bəzən İsrailə qarşı çıxmağa da məcbur edir.

İsrailin rəsmi
ABŞ-dan istədiyi Fələstin adminstarasiyasına təziqini artırmasıdır. Fələstin hüdudlarının tanınması dünya ölkələri arasında get-gedə vüsət tapmasında sionist rejim ilk növbədə Ağ Evi günahlandırır.

Buna səbəb İsrailin dünyada guya artan nüfuzuna ABŞ-n gizli maneçilik göstərməsini iddia edən sionist rejim artıq ABŞ-a qarşı soyuq müharibəyə başlayır.

Son günlər Ermənistan fiqurundan istifadə edən İsrail, Sarkisyanın dilindən Türkiyəyə sərt mesajlar göndərməklə ilk növbədə Türkiyəni iğtişaşlara sövq etmək və Ağ Evlə rəsmi Ankaranı üz üzə qoymaq fikrinə düşüb.

Bundan da belə məlumdur ki, regionun ən nüfuzlu dövlətlərindən biri olan Türkiyə ABŞ-ın bölgədəki nüfuzuna qarşı xüsusi kompaniyaya start verə bilər. Əgər bu baş versə regionda nüfuzu itmiş ABŞ İsrail-Fələstin probleminə müdaxilə etməkdən də kənarlaşacaq. Bununlada İsrail Yaxın Şərqdəki mənfur planını şəriksiz həyata keçirəcək.

Digər tərəfdən də İsrail Qarabağın Azərbaycana qaytarılmamasında maraqlıdır. Ermənistanın bölgədə inkişaf edərək güclü dövlətə çevrilməsində müstəsna xidmət sərgiləyir. Əlbəttə ki, burada maraq yeganə türk düşməni olan ermənilərdən Türkiyə əleyhinə istifadə etmək planı səhnə arxasındadır.

İşğalçı Ermənistanın bölgədə sabitliyi sionist İsrailin Şərqdəki sabitliyi ilə eyni prinsip əsasındadır. İşğalçılıq siyasəti ilə Fələstin ərazisində məskunlaşan yəhudilər kimi ermənilərdə Azərbaycanın ərazisini işğal etməklə öz qondarma dövlətinin yaratmaq arzusundadır.

Şübhəsiz ki, bu siyasəti həyata keçirməkdə Azərbaycanla yanaşı Türkiyənin böyük maneçiliyi ilə rastlaşması Ermənistanın Türkiyəni də zərərsizləşmək xülyasına gətirib çıxarır. “Düşmənimin düşməni dostumdur” prinsiplərinə sadiq qalan Ermənistana bu yolda yeganə dayaq və yardımçı məhz quldur İsrail rejimi ola bilər.

ISLAMTIMES - NEMƏT TURAN
Author :
Source : IslamTimes
Comment