0
Wednesday 20 April 2011 - 00:18

Azərbaycan xainlərə qucaq açır ?

Story Code : 66485
Azərbaycan  xainlərə qucaq açır ?
Azərbaycan xainlərə qucaq açır ?
Islam times.org/az/ - Bəzi siyasətçilərimiz əsib coşurdular ki, İran nə vaxtsa Ermənistana qaz kəmərinin çəkilməsinə icazə verəcək. Coşmalarının səbəbi də bu idi ki, biz qonşu müsəlman dövlətik və bizim düşmən olduğumuz respublikaya niyə qaz kəməri üçün icazə verilir. Yəni ki, biz bir -birimizə tərəf tutmalıyıq. Ancaq, Azərbaycan buna , yəni bu qardaş dövlətə qarşı tərəf tutanlıq edirmi? Müsəlman qanını axıdanlara qarşı necə münasibət göstərir?

Məlum olduğu kimi İsrailin İrana qarşı münasibətləri qənaət bəxş deyil. Buna baxmayaraq Azərbaycan bu münasibətlərə məhəl qoymur və İsraillə normal münasibətlər yaradır və yaratmaqdadır. Beləki, İsraillə Azərbaycan arasında daha bir əməkdaşlıq başlayır.

Verilən xəbərlərə görə, İsrailin rabitə və kommunikasiyalar naziri Moşe Kahlon Bakıda azərbaycanlı həmkarı Əli Abbasovla görüşməyi planlaşdırıblar.

Bu səfər İranda qəzəb və
narahatçılıq doğura bilər. Beləki ki, İran İsrailin Azərbaycan vasitəsi ilə ona qarşı elektron kəşfiyyatından istifadə etdiyini bildirir. Tehranda bildirilir ki, İsrail Azərbaycanın cənub bölgələrində qurğular quraşdıraraq İrandakı telefon danışıqlarını dinləyir.

İsrailin Azərbaycanın rabitə və informasiya texnologiyaları sektoruna maraq göstərməsi Tehran tərəfindən normal qarşılanmayacaq. Güman ki, İsrailin də bu marağı bizneslə əlaəqli deyil.

İsrail telekommunikasiyalar və elektron izləmə sahəsində dünyada ən öndə olan texnologiyalara malikdir. Neçə il əvvəl aşkarlanmışdır ki, İsrail kəşfiyyatı Beyrutda telekommunikasiya şirkətlərindən birində quraşdırılmış avadanlıqlar vasitəsilə bütün ölkənin telefon danışıqlarını, həmçinin dövlət rəsmilərinin danışıqlarını izləyib.

Azərbaycan son illərdə çox sahələrdə İsraillə münasibətləri möhkəmləndirir. Bu sahələrə telekommunikasiyalar və rabitə texnologiyaları da əlavə olsa , bu əlbəttdə ki, qonşu İran dövlətində narahatlığa səbəb olacaq.

Beləki, İsrailin hazırki siyasəti Azərbaycanla İranın arasını daha da pozacaq və bu münasibətdən də İsrail karlı çıxacaq. Bu halda nəinki İran, Azərbaycan daha çox ziyan görəcək.

ISLAMTIMES - HƏMZƏ
Source : IslamTimes
Comment