0
Friday 3 June 2011 - 14:29

Əfqanıstan təhlükəsizliyi İranın nəzərində

Story Code : 76606
Əfqanıstan təhlükəsizliyi İranın nəzərində
Əfqanıstan təhlükəsizliyi İranın nəzərində
Islam times.org/az/ - İran XİN başçısı dünən keçirdiyi bu görüşdə ABŞ və Əfqanıstan arasında strateji təhlükəsizlik müqaviləsini regionda sülh və təhlükəsizlik üçün bir hədə adlandırıb. Salehi Əfqanıstanın ərazi bütövlüyü və müstəqilliyini vurğulayaraq deyib ki, amerikalılar verdiyi vədlərə əməl edib, oradan çıxaraq ölkəni əfqanlara tapşırsınlar.

Amerikanın işğalından sonra Əfqanıstanın təhlükəsizliyi bütün siyasi ekspert və müşahidəçilərin nəzəri altında olub. Amma indi bu məsələ daha çox həssas durumdadır. Əfqanıstan son günlər yeni təhlükələr yaşayır, amerikanların hücumlarına məruz qalır. Bu hücumlar ən çox dinc əhalinin yaşayış yerlərinə olur. Nəticədə isə zərər çəkib həlak olan qadın və uşaqlar olur. Elə bu səbəbdən də siyasi ekspertlərin diqqətini özünə cəlb edən məsələ ABŞ və Əfqanıstan arasında olan əməkdaşlıqların mahiyyətidir.

Amerika şübhəli 11 sentyabr hadisəsindən sonra Əfqanıstana hücum etdi və ötən 10 ildə talibançılarla mübarizə kimi müxtəlif bəhanələrlə minlərlə günahsız insanın ölümünə səbəb oldu. ABŞ bəzi insanları həbs etdi, günahsızlara işgəncə verdi, dinc əhalinin evlərini darmadağın edərək qadağan olunmuş silahlarla belə dəhşətli cinayətlər yaratdı. Əfqanıstan prezidenti Hamid Kərzayın dəfələrlə xəbərdarlığı nəticə vermədi və Amerika hərbi qüvvələrinin hücumlarına son qoyulması və rəftarında heç bir dəyişiklik baş vermədi.

Ümumiyyətlə İraqda da təcrübə olunanlar, ölkədə əcnəbi hərbiçilərin təhlükə olduğu məlum bir məsələdir. Bu məsələ qonşu ölkələrin də narahatlığına səbəb olub. Çünki Əfqanıstan və İraq bu bir neçə il ərzində qonşu ölkələrin təhlükəsizliyi üçün bir təhlükəyə çevrilib.

Qeyd etmək lazımdır ki, ABŞ və Əfqanıstan arasında bağlanmış təhlükəsizlik razılaşmasında terrorizm, qaçaqmalçılıq və narkotik maddələrin becərilməsi hallarına rast gəlmək mümkündür. Bu isə Amerikanın gələcəkdə tutduğu mövqeyi dəyişdirmək üçün bir bəhanə ola bilər.

Beləliklə də Əfqanıstanın amerikan qüvvələrini nəzarətə almasına razılıq verməsini Amerikadan necə gözləmək olar? Bu həqiqətlərə əsasən də İran XİN başçısı Əfqanıstanla ABŞ-ın təhlükəsizlik anlaşmasının region təhlükəsizliyini hədələyən bir amil olduğunu qeyd edib və deyib ki, Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi yalnız amerikan və NATO ordusunun oradan çıxması ilə mümkündür. Ona görə də bu qüvvələr Əfqanıstanı tərk edib, ölkəni öz vətəndaşlarının ixtiyarına verməlidir.

Müəllif: C.Əminzadə
Source : IRIB
Comment