0
Tuesday 2 August 2011 - 13:45

Yaralı Misir sekulyarları (Günün qeydi)

Story Code : 88914
Yaralı Misir sekulyarları
Yaralı Misir sekulyarları
Əldə olunan məlumatlara əsasən, xalq kütlələri və inqilabçılar inqilab yolunda zərrəcə tərəddüddə deyil. Onlar inqilabın məqsədlərindən azca da olsa kənarlaşmayıblar. Bu arada Misirdəki durum və 25 yanvar inqilabı yeni mərhələyə keçib. Aydın olub ki, Misir inqilabçıları Amerika və onun müttəfiqlərinin fitnəkarlıqlarını təsirsizləşdirə bilməyiblər.

Son bir neçə gündə Amerika, Qərb və İsrailin mənafelərinə uyğun olmayan iki hadisə baş verib.

Ötən cümə günü çoxsaylı inqilabçılar, Təhrir meydanına toplanmış milyonluq kütlə İslami hökumət tələbi ilə çıxış edib. BBC-nin fars şöbəsinin Təhrir meydanından canlı yayımında müxbir belə deyib: “İzdihamda diqqəti cəlb edən budur ki, “Nə Şərq, nə Qərb, yalnız İslam” şüarı ara vermədən səslənir. Bu isə eynən İran İslam İnqilabındakı şüarı xatırladır.” Bu şüarların ardınca çərşənbə günü ədliyyə nazirinin müavini Hüsnü Mübarəkin mühakiməsi ilə bağlı açıqlama verib. Təsadüfən İran İslam İnqilabının il dönümünə, 22 Bəhmənə təsadüf edən Misir inqilabı müşahidə edildiyi kimi öz tələblərində qalmaqdadır. İstənilən bir halda baş vermiş iki son hadisə, yəni İslam hökuməti tələbi və Hüsnü Mübarəkin mühakiməsi uğurdan danışır və diqqəti bəzi nöqtələrə
yönəldir:

1. Qeyd olunmuş iki hadisədən aydın olur ki, Amerika və İsrail məntəqə inqilablarında təyinedici rol oynayan Misir inqilabı ilə bağlı təlaşlarında məğlub olublar.

Hüsnü Mübarək dövləti süqut edən gündən amerikalılar dəyişkən və ziddiyyətli mövqe nümayiş etdiriblər. Cəmi 10 gün içində dörd Amerika rəsmisi hadisələrə fərqli münasibət sərgiləyib. ABŞ prezidentinin müavini Co Bayden Hüsnü Mübarəki Vaşinqtonun müttəfiqi adlandıraraq onun hakimiyyətdə qalmasını zəruri sayırdı. Azca sonra ABŞ prezidenti Obama və dövlət katibi Klinton hakimiyyətin ötürülməsi ilə bağlı fikirlər səsləndirib. Maraqlıdır ki, bu münasibətlərin ardınca Obamanın Misirdəki xüsusi nümayəndəsi Frank Vayzner yenidən Mübarəkin hakimiyyətdə qalmasını istəyib.

Bütün bu dolaşıq bəyanatların ardınca Ağ Ev Misir inqilabının istiqamətini dəyişmək istəyi ilə fəaliyyətlərə başlayıb. Amerika ilə müştərək mənafelərə malik olan Tel-Əviv Misir inqilabını əsil məcrasından çıxarmaq üçün ciddi fəaliyyətlərə başlayıb.

Amma baş vermiş son iki hadisə bir daha təsdiqləyir ki, Amerika və müttəfiqləri Misirdə uduzublar. Mövzu ilə bağlı Amerikanın “New-York Times” qəzetində Təhrir meydanındakı vəziyyət haqqındakı məqalə diqqəti cəlb edir. Məqalə “İslamçılar Təhrir meydanında güc
nümayiş etdirdi” adlanır.

Məqalədə yazılır: “İslamçılar bu ölkənin ən güclü siyasi qüvvəsidir. Onların Bu gücü Amerikanın himayə etdiyi sekulyar cərəyana güclü zərbədir. Milyonluq cəmiyyətin cümə günü sekulyar və liberal qanada qarşı İslam şüarları səsləndirməsi onların hər gün artan gücündən danışır.”

2. Misir inqilabçılarının Hüsnü Mübarəkin mühakiməsi ilə bağlı tələbləri elə bir tempdədir ki, onun tezliklə həyata keçəcəyi proqnozlaşdırılır. Eləcə də inqilabçıların İslam hökuməti istəyi belə bir nəticə çıxarmağa əsas verir ki, amerikalılar ümumi diplomatiya sahəsində də uğursuzluğa düçar olub. Çünki Ağ Ev bu sahədə qeyri-rəsmi vasitələrlə ictimai fikiri dəyişməyə çalışırdı. Ağ Ev müxtəlif diplomatik yollarla İslam hökuməti fikrini aradan qaldırmağa səy göstərirdi. Bunu da qeyd edək ki, ABŞ ümumi diplomatiyası ərəb mürtəce hakimləri ilə rabitədə KİV üzərində qurulmuşdu. Bu təbliğatın xalqla güclü rabitəsi olmadığından nəhayətdə dalana dirəndi. Bütün məntəqədə Amerikaya yönəlmiş nifrət inqilabın istiqamətini dəyişməklə bağlı xərclənən milyardları puça çıxardı.

Amerikadan xaricdə proqramlar bölməsinin direktorlar şurası (BBG) təkcə 2010-cu ildə 700 milyon dollardan artıq
büdcə almışdır ki, ümumi diplomatiya sahəsində fəaliyyətləri gücləndirsin. BBG-nin hətta 2012-ci il üçün tələb etdiyi büdcə artırılmışdır. Amma bütün bu xərclərə baxmayaraq Amerikanın müdafiə etdiyi Misir sekulyar cərəyanı inqilabda təsirə malik deyil. ABŞ və İsrailin strateji müttəfiqi Hüsnü Mübarək mühakimə ərəfəsindədir. İnqilabçı xalq kütlələrinin fəaliyyətləri nəticəyə çatmaq üzrədir. Bu isə ABŞ diplomatiyasının rüsvayçı məğlubiyyətinə sübutdur.

Deyilənləri təsdiqləyəcək arqumentlər arasında “Vaşinqton Post”un bir neçə gün öncəki araşdırması maraqlıdır. Vaşinqton Post aydın şəkildə yazır: “Misir xalqı Amerikanın strateji hədəflərindən fərqlənən xarici siyasət ardıncadır.”

3. Öncə deyilənlərə əlavə edə bilərik ki, qeyd olunan iki hadisə üçüncü bir məğlubiyyəti zəruri edib. İslamçıların güclənməsi, Mübarəkin mühakimə prosesi göstərir ki, Amerikanın İslamı haşiyədə saxlamaq və onu terror ünvanında dünyaya tanıtdırmaq layihələri süquta uğrayıb. Unutmamalıyıq ki, Amerika 11 sentyabr oyununun ardınca Əfqanıstan və İraqa hərbi qüvvə yeritdi (2001-ci ildə Əfqanıstana, 2003-cü ildə İraqa). Bunun ardınca İsrailin 33 günlük və 22 günlük iki müharibəsi İslam amilini gündəmdən çıxarmaq
məqsədlərinə çata bilmədi. Əgər Misir inqilabının əvvəlində yalnız müsəlman qardaşlarının tanınmış rəsmisi Kamal Əl-Həlbavi İslam hökuməti arzusundan danışırdısa, bu gün milyonlarla misirli “Nə şərq, nə Qərb, yalnız İslam” - deyə haray çəkir.

4. Yada salmaq yerinə düşər ki, Misir istibdad rejimi dini istəkləri səhnədən çıxarmağa çalışsa da, İran İslam İnqilabından ilhamlanan İslam dövləti ideyaları həyata keçməkdədir. Söhbətimizin əvvəlində işarə olundu ki, BBC müxbiri ötən cümə Təhrir meydanında dini şüarların səsləndirilməsini xəbər verib. O qeyd edib ki, bu şüarlar İran İslam İnqilabını xatırladır. Kimsə inkar edə bilməz ki, məntəqədə baş vermiş inqilablarda, o cümlədən Misir inqilabında əsas xətt olan İslami oyanış İran İslam İnqilabından bəhrələnmişdir.

Hüsnü Mübarəkin mühakiməsi və cəzalandırılması təkcə ədalətin həyata keçməsi deyil. Bu hadisə məntəqədə ABŞ, İsrail, dünya imperializminin izlədiyi siyasətlərin süqutu və məntəqədə yeni üsul-idarənin səhnəyə gəlməsindən danışır. Artıq ABŞ və İsrail bu hərəkatı yolundan döndərməkdə acizdir. Sekulyaristlərin bir guşəyə çəkilib İslam şüarlarını susqunluqla dinləməsi deyilənləri təsdiqləyir.

Müəllif: Hisaməddin Burumənd

"IslamTimes" - Tərcümə şöbəsi
Comment