0
Friday 19 August 2011 - 00:54

Firuzabadi deməsə belə…

Story Code : 92957
Firuzabadi deməsə belə…
Firuzabadi deməsə belə…
Xəbər verdiyimiz kimi bir neçə gün öncə mediada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası prezidenti İlham Əliyevə müraciəti yayımlanmışdı.

Xəbərə görə, müraciətdə o Azərbaycan prezidentini xalqın dini dəyərlərinə diqqətlə yanaşmağı tövsiyə edərək təhsildə hicab qadağasına işarə etmişdir. Bəzi mənbələrdə “Firuzabadidən İlham Əliyevə qardaşyana məsləhət” başlığı ilə dərc olunmuş müraciətdə deyilir:

“Xalqın oyanışını yatırmaq olmaz. Bizim dostluq münasibətlərini dəstəklədiyimiz bəzi qonşu müsəlman ölkələr dostluğa məhəl qoymayaraq, öz ölkəsinin daxili işlərinə qarışmağa icazə verməklə sionist İsrail rejiminə azadlıq verirlər…”

Qeyd edək
ki, bu açıqlama rəsmi Bakının narahatlığına səbəb oldu. Azərbaycan hakimiyyəti rəsmi olaraq İrana etiraz etdi.

Əldə etdiyimiz məlumata görə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami də Xarici İşlər Nazirliyinə dəvət olunub. Səfiri qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

Bundan əlavə Prezident Adminstrasiyasının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Novruz Məmmədov İran tərfin Azərbaycanın daxili işlərinə qarışma kimi dəyərləndirib.
Novruz Məmmədov bilməlidir ki, Azərbaycan xalqı daim öz dininə, inancına sadiq olub və bu xalqın qəlbi daim İmam Əli (ə) eşqi ilə döyünüb.

Əlbəttə ki, xalqımızın belə bir əqidədə olması xarici qüvvələri
daim narahat edib. Müsəlman Azərbaycan xalqını İslamdan uzaqlaşdırmaq dini heysiyyətinə toxunmaq üçün qərb meyilli qüvvələr bu sahədə müxtəlif iyrənc addımlar atmaqdadırlar.

Bəs nə üçün bunlara qarşı etiraz etmir, öz müsəlmanlığınızı qorumur, dininizi təhqir edən missionerlərə qarşı mübarizə aparmırsınız? Kimsə bizə müsəlmanlığımızı xatırladırsa, ona qarşı düşmən mövqedə dururuq. Müsəlmanlığımızı unutduran ABŞ, İsrail, İngiltərə kimi dövlətlərə isə dost və qardaş deyirik.

Biz müsəlmanıq deyən də sizsiniz? Müstəqillik əldə etdikdən sonra keçirilən bütün prezident seçkilərindən sonra, seçilmiş namizəd inauqurasiya mərasimində Qurani Kərimə əl basaraq and içib
prezidentlik kürsüsndə əyləşir. Qurana əl basaraq and içmək onun bütün hökmlərinə iman etmək deməkdir. Lakin çox təəssüflər olsun ki, bu müqəddəs kitabın mühüm hökmlərinə qarşı çıxıb hicab qadağasını tətbiq etmək heç də üst-üstə düşmür.

Dövlətin xarici siyasətini tənzimləyən məhz hakimiyyətdir. Hər gün bir qonşu dövlət Azərbaycanı tənqid edirsə, burda günahkar o ölkələrdir, yoxsa öz xarici siyasətini düzgün aparmayan rəsmilər?!

Azərbaycan müstəqil dövlət olaraq bütün qonşu ölkələrlə gözəl münasibət qurmalıdır. Nəinki ölkə daxili problemlərin həll edilməsini onlardan “qardaşyana” xahiş edən qonşu dövlətləri düşmənçilik
mövqedə görmək. Axı hər gün insanların beyninə “analoqu olmayan xarici siyasət” anlayışını yeridirlər. Budurmu analoqu olmayan xarici siyasət?

Qalmaqallı müsahibənin ardınca İİR-in Azərbaycandakı səfirliyi rəsmi təkzib verdi. Bildirildi ki, Firuzabadinin adından yayımlanan sözlər əslində ona məxsus deyil. Qoy olsun. Amma deyilən sözlərin həqiqətini araşdıran olmadı. Əgər Firuzabadi yox, Qərbin hər hansı təşkilatı bu sözləri dilə gətirsəydi əlbəttə ki, rəsmi etirazla qarşılaşmayacaqdı. Azərbaycan ABŞ və Avropadan gələn ittihamları rahat həzm edir. Amma növbə İrana çatanda… Unutmamalıyıq ki, bu sözləri Firuzabadinin deməsi yox, həqiqət olub-olmaması mühümdür.

Müəllif: Kənan Mehdi
Comment