0
Tuesday 23 August 2011 - 04:50

Tripoli üzərində NATO kölgəsi

Story Code : 93854
Tripoli üzərində NATO kölgəsi
Tripoli üzərində NATO kölgəsi
Zaman ötdükcə NATO-nun Liviyada fəaliyyətlərinin müxtəlif məqamları üzə çıxır. Bu günə qədər bu hərbi müdaxilə ikili yanaşma ilə müşayiət olunur. Həqiqət isə budur ki, NATO Liviyada iştirakının pərdəarxası həqiqətlərini əbədi gizlədə bilməz.

Son aylarda NATO-nun Liviyaya hərbi müdaxiləsi dünya KİV-də tənqid edilir. NATO-nun Liviyaya nə üçün qoşun yeritməsi mübahisəli bir mövzuya çevrilib. Bu arada bəzi informasiyalar əldə olunub və bu informasiyalar Liviyada NATO müəmmasını aça bilər.

İyunun axırlarında Osloda Qəzzafinin nümayəndələri ilə müxalifləri arasında müzakirələr getdiyi zaman NATO Liviyada fəaliyyətə başlayıb. Norveçin “NRK” teleşəbəkəsi ölkənin Xarici İşlər Nazirliyinin mətbuat sözçüsü Elis Butangenin yuxarıdakı mövzuda açıqlamasını gündəmə gətirdi. Bildirildi ki, XİN sözçüsü Liviya hökuməti və müxalifət arasındakı müzakirələrin detallarını gizlədir. Maraqlıdır ki, müzakirələrdə Norveç Xarici İşlər Nazirliyinin nümayəndəsi də iştirak etmişdir.

Liviya Xarici İşlər Nazirinin müavini
Xalid əl-Qain son bəyanatında bu müzakirənin gizlinlərinə şərh verib. Sual olunur ki, nə üçün NATO və Norveç dövləti müzakirələrlə bağlı məlumat yayımlamayıb. Təsəvvür edin ki, müzakirələrlə eyni vaxtda Norveç hərbi qüvvələri Liviyanı havadan bombalayırdı. Müzakirələrdə müxbirlər iştirak etmirdi, görüş tam qapalı keçirilirdi.

NATO qüvvələrinin təsadüfi olaraq inqilabçıların mövqelərini bombalaması da bu mövzu ilə bağlı ola bilər. Belə bir ehtimal irəli sürmək olar ki, Liviya inqilabçılarının bombardmanla bağlı istəklərinin həyata keçməməsinin səbəbi məhz bu olub. Bu məqamlardan biri almanların NATO əməliyyatlarında iştirakı ilə bağlıdır. Almanlar Liviyanın bombardmanında birbaşa iştirak etməyiblər. Almaniya dövləti bu ölkənin yaşıllar partiyasının istəyi əsasında bundestak federal məclisində elan etdi ki, hazırda 11 alman hərbiçisi Liviyaya qarşı əməliyyatların komandanlığında iştirak edir. Dövlət bildirdi ki, alman hərbiçiləri NATO-nun İtaliyadakı qərargahlarında Liviyaya qarşı hərbi əməliyyatların hədəflərini müəyyənləşdirirlər. Almaniya
hökuməti bildirdi ki, alman hərbiçiləri əməliyyatlarda birbaşa iştirak etməyiblər. Bu bəyanatlar müxalif partiyanın təpkiləri altında səsləndi.

Almaniya yaşıllar partiyasının nümayəndəsi Hans Kristin Eştrobli belə bir açıqlama verdi ki, alman hərbiçilərinin Liviya əməliyyatlarında məxfi iştirakı İraq müharibəsi zamanı almanların Amerikaya kəşfiyyat məlumatı ötürməsinə bənzəyir. Bu vaxta qədər hökumət bu barədə danışmamışdı.

Qəzzafi və müxalifət arasında müzakirələrdə NATO-nun rolunu başqa bir nöqtə də açıqlayır. Əksər dünya ölkələri, xüsusi ilə Yaxın Şərqdə müsəlman xalqlar Qəzzafinin devrilməsini istəsələr də, Avropanın müxalifləri himayə etməsi heç bir beynəlxalq dəstək qazanmayıb.

NATO Liviyada xüsusi məqsədlər ardıncadır. Ən əsas məqsəd Liviya neftinə nəzarəti ələ keçirməkdir. Artıq Norveç növbəti Liviyada neftlə bağlı müzakirələr aparır. Danimarka da milli keçid şurasını tanımaqla Tripolidə siyasi və iqtisadi nüfuz qazanmaq istəyir.

Əlbəttə ki, Liviyada milli keçid şurası bütün inqilabi qrupları təmsil etmir. Aydın olan budur ki,
Liviya xalqı həm Qəzzafi, həm də NATO-nu düşmən sayır. Qəzzafinin süqutundan sonra xalq NATO-nun hüzurunu qəbul etməyəcək. Bu sahədə artıq İraq təcrübəsi mövcuddur.

Osloda müzakirələr zamanı NATO-nun ikili rəftarı göstərir ki, Alyans Liviyaya Qəzzafini devirmək və inqilabçılara dəstək üçün gəlməyib. Osloda məxfi müzakirələr NATO-nun Liviyada hüzuru müəmmasının açarı ola bilər. Hələ ki, müzakirələrin mahiyyəti açıqlanmayıb. Müzakirələr haqqında verilən ümumi məlumata əsasən, NATO Liviyaya nəzarəti ələ keçirmək istəyib. Onun məqsədi siyasi hadisələri öz mənafeləri istiqamətində yönəltmək olub. Liviya xarici işlər nazirinin müavini Xalid əl-Qaim Osloda müzakirələrin keçirildiyini təsdiqləyib. Maraqlıdır ki, Norveç XİN və digər NATO ölkələri bu barədə susurlar.

NATO iki sualı cavablandırmalıdır. Əvvala, müzakirələrin gedişində Liviyanın bombalanması necə izah olunur? İkincisi, nə üçün müxalif qruplar arasında keçirilən müzakirələr dünyadan gizlədilir? NATO son həftələr boyu Qəzzafidən uzaqlaşıb, milli keçid şurasına
üz tutub. Başqa sözlə, NATO işin başlanğıcında öz mənafelərinə uyğun bir sabitlik üçün çalışıb. Nəzərdə tutduğu modeli sınaqdan keçirmiş NATO Qəzzafi və onun müxaliflərinin paralel iştirakı ilə Tripolidə möhkəmlənmək istəyib. Bu halda o siyasi və iqtisadi rıçaqları əldə saxlaya bilərdi. Amma Liviya xalqının Qəzzafinin devrilməsini tələb etməsi, Qəzzafinin cinayətlərinin davamı NATO-nun planlarını alt-üst etdi. Belə bir şəraitdə NATO cəhd etdi ki, ikili oyununu kənara qoyub, müxaliflərin tərəfində dayansın. Son hadisələrə münasibətdə NATO-nun iqtisadi və siyasi ambisiyaları təsirli olub. Hadisələrin əvvəlində Qəzzafinin qanlı cinayətlərini ittiham etməyən Britaniya və İtaliya ümid edirdi ki, Qəzzafi hakimiyyətdə qala biləcək. Berluskoni və Kameron bu yolla neft alış-verişini əvvəlki formada davam edəcəyini gözləyirdilər. NATO-nun bəzi üzvləri Liviyada böyük sərmayələr yatırıblar. Hadisələrin qeyri-müəyyən istiqamətdə davamı onların ticarət fəaliyyətlərini dondurub, ciddi nigarançılıqlar yaradıb.

Müəllif: Sübhan Mühəqqiq

“IslamTimes” – Tərcümə şöbəsi
Comment