0
Monday 23 February 2009 - 01:57
İslam Mədəniyyəti Paytaxtı 2009 - Bakı

Bakı mədəniyyətlərin paytaxtıdır?

Vüsal Gözəlov
Story Code : 986
Bakı mədəniyyətlərin paytaxtıdır?
Bakının 2009-cu ildə İslam Mədəniyyəti Paytaxtı elan edilməsi azərbaycanlıyam deyənləri sevindirən haldır. Arzumuz Bakının ümumilikdə Mədəniyyətləri Paytaxtı elan edilməsidir. Ancaq bu dəmdə özümüzü tənqid də yerinə düşər. Söhbət Bakının həqiqətən də “mədəniyyətlərin paytaxtı” olub oklayacağından gedir, yəni bu yerə layiqdirmi Bakı?
Məqsəd görülən işlərə kölgə salmaq deyil. Təbi ki, paytaxtın gözəlləşməsi və həqiqətən də mədəni şəhərlər arasında paytaxt olacaq səviyyəyə çatması üçün quruculuq işləri aparılır.
Bununla belə şəhərsalmadakı qüsurlardan tutun, küçələrdəki gigiyenik vəziyyətə, istirahət mərkəzilərindən tutun paklara bağlara və tarixi yerlərə, nəqliyyat sistemindən tutun kommunal xidmətlərədək sizcə Bakı mədəni şəhərdirmi?
Təəssüf ki, Bakının daha gözəl günlərini görmüş yaşlı nəslin nümayəndələri başda olmaqla çoxları bu suala “hə” cavabını verə bilmir.
Buna görə
də fikirləşirəm ki, İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi Bakı üçün bir fürsət olmalıdır. “Mədəni şəhərdə nə olmalıdır və nə olmamalıdır?” şəklində özünü mühasibə aparılmalıdır Bakıda. Bunu həm dövlət həm də sakinlər birlikdə etməlidir. Çünkü dövlət istənilən qədər mədəni obyekt inşaa etsin, istifadəyə versin bununla cəmiyyətin mədənləşmir. Məsələn bu günlərdə istifadəyə verilən avtovağzal. Hələlik köhnə avtovağzalın bütün qüsurları yenisinin ətrafında gəzişir. Peraşki və xırda xuruş əşyalar satanlar və bənzər insanlar hələ ki, avtovağzala daxil ola bilməyiblər. Səbəb isə avtovağzalın ətrafında nəqliyyat müfəttişlərindən ibarət “ordunun” keşik çəkməsidir. Ancaq belə keşik nə vaxtadək çəkiləcək və avtovağzal nə vaxtdadək süni şəkildə qorunacaq. Yaxud da yeni istifadəyə verilən digər mədəni-sosial yerlər.
Bakının İslam Mədəniyyəti Paytaxtı elan edilməsi şəhəri mədəniləşdirəcəyi
kimi digər İslam ölkələri ilə mədəni münasibətləri də inkişaf etdirəcək. Böhran səbəbi ilə bütün dünyada turist sayının azaldığı bir dövrdə ölkəyə gələn əcnəbilərin sayını artırmaq istəyiriksə bundan istifadə etməliyik.
Bununla belə Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsi 57 üzvü olan İslam Konfransı Təşkilatındakı yerini də gücləndirə bilər, həmin ölkələrdə tanınmasını təmin edər. Bunun üçün də düzgün informasiya yayımı vacibdir.
Ən əsası isə Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsi Azərbaycanda mövcud olan İslam Mədəniyyətinin yenidən formalaşması baxımından vacibdir. Təkcə Bakıda yox, ümumilikdə bütün ölkə ərazisində köhnəlmiş və uçmaq təhlükəsi ilə qarşı qarşıya olan tarixi obyektlər habelə məscidlər və digər dinlərə məxsus obyeklər bərpa edilərək Azərbaycanın öz mədəniyyətinə sadiq və digər mədəniyyətlərə də tolerantlı olduğu göstərilməlidir.
Comment