QR CodeQR Code

Aliməqamlı Rəhbərin iştirakı ilə "Şami-Qəriban" mərasimi keçirilib

Sahartv , 30 Jul 2023 15:25

İslamtimes - İslam İnqilabının Aliməqamlı Rəhbəri və İmam Hüseyn (ə) və onun vəfalı köməkçilərinin əzadarlarından bir qrupunun iştirakı ilə dünən gecə İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə "Şami-Qəriban" əmərasimi keçirilib.



"Şami-Qəriban" gecəsində, alüllah-ın matəm və hüzn gecəsində İmam Hüseyn (ə) və Əhli-Beyt-in (ə) vurğunlarından bir qrupu İmam Xomeyni (r.ə) adına Hüseyniyyədə bir araya gəlib, İslam İnqilabının Aliməqamlı Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçiriblər.  
Mərasimdə Höccətül-İslam Abidini çıxış edib, mərsiyyəçi Mahmud Kərimi isə İmam Hüseynin (ə) və Əqileyi-Bəni Haşim Həzrət Zeynəbi Kübranın (s.ə) müsibətlərini zikr edib. 
Şami-Qəriban, Məhərrəm ayının 10-u ilə 11-i arasında qeyd olunan matəm gecəsidir.
Bu mərasim imam Hüseynin (ə) əhli beytinin didərginliyi və Kərbəla hadisəsinin əsir düşmüş uşaqlarını xatırladır, hansı ki,  Aşura gününün qürub çağında Kərbəla səhransında və gecənin qaranlığında köməksiz vəziyyətdə qalmışdılar.
Qeyd edək ki, Həzrət Əba Əbdillahil-Hüseyn (əleyhis-salam) və onun vəfalı köməkçilərinin şəhadəti günləri ilə eyni zamanda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində (r.ə) və İslam İnqilabının Aliməqamlı Rəhbərinin iştirakı ilə altı gecə müttədinə əzadarlıq mərasimi ötən bazar ertəsindən başlayıb və bu gecə yəni Məhərrəm ayının 12-ci gecəsi sona çatacaq. 
 


Story Code: 1072676

News Link :
https://www.islamtimes.org/az/gallery/1072676/1/aliməqamlı-rəhbərin-iştirakı-ilə-şami-qəriban-mərasimi-keçirilib

Islam Times
  https://www.islamtimes.org