QR CodeQR Code

MÜSƏLMANLAR "QÜDS" ADINI CANLANDIRA- CAQLAR

İslam-Azeri.az , 16 Sep 2009 23:16

İslam-Azeri.az internet qəzetinin İran KİV-lərinə istinadlı xəbərinə görə dünən Tehrandakı cümə namazının xətibliyini İran İslam İnqilabı rəhbəri Ayətullah Xamenei özü icra edib.


Çıxışında Mübarək Ramazan ayının fəzilətinə, Qədr gecələrinin üstünlüyünə və İmam Əlinin (ə) şəhadətinə də toxunan Ayətullah Xamenei ölkədəki son olaylara xüsusi diqqət çəkib.

Ayətullah Xamenei ilk xütbəsində təqva, mənəviyyat və əxlaq anlayışlarını işarə edərək Həzrət Əlinin həyatından danışıb. Ancaq mənəviyyata, əxlaqa və təqvaya söykənən siyasətin cəmiyyəti təkamülə apara biləcəyini ifadə edən Ayətullah Xamenei, əks halda siyasətin güc, sərvət, ev və dünya işlərində önə keçmə vasitəsi olacağını bildirib.

Ayətullah Xamenei ilk xütbəsində təqva, mənəviyyat və əxlaq anlayışlarını işarə edərək Həzrət Əlinin həyatından danışıb. Ancaq mənəviyyata, əxlaqa və təqvaya söykənən siyasətin cəmiyyəti təkamülə apara biləcəyini ifadə edən Ayətullah Xamenei, əks halda siyasətin güc, sərvət ev dünya işlərində önə keçmə vasitəsi olacağını bildirib.

İmam Əlinin haqqın və ədalətin yerini tapması və zülmlə mübarizə edilməsi üçün hökuməti qəbul etdiyini önə çəkən Ayətullah Xamenei, İmam Əli (ə) hökumətinin ən əhəmiyyətli xüsusiyyətinin hiylədən və aldatmaqdan çəkinmək olduğunu qeyd edib.

İmam Əlinin siyasətində qalib olmaq üçün zülm, yalan və aldatma kimi vasitələrin yeri olmadığını qeyd edən Ayətullah Xamenei, onun rəhbərliyinin bir başqa xüsusiyyətinin də müxaliflərinə və hətta düşmənlərinə maksimum dərəcədə əadələtli və dözümlülük göstərməyə söykənən olduğuna diqqət çəkib.

Lakin İmam Əlinin öz müxalifləri ilə eyni davranmadığını da önə çəkən Ayətullah Xamenei: "İmam Əli özünə müxalif olan hər kəsə davranışı eyni şəkildə deyildi. O, haqq hədəflərə sahib olmasına baxmayaraq cəhalət və ya təbəqələr fərqlilik üzündən səhvə və ya sapmağa uğrayanlarla əvvəldən batil yolda olanlar arasında fərq qoydu"-deyib.

Siyasi məzmunlu ikinci xütbəsində daha aktual mövzulara toxunan İslam İnqilabı Rəhbəri, İslam İnqilabından sonra keçən illər içərisində yaşanan görüş ayrılıqlarına və qruplaşmalara işarə edərək bu fərqliləşmələrin bəzilərinin inanc və qanunlar üzərindəki ayrılıqdan, bəzilərinin mənfəətdən, bəzilərinin isə qanunların necə həyata keçirilməsi lazım olduğuna dair görüş və üsul fərqliliyindən qaynaqlandığını bildirib.

Mehr Nyusun məlumatına görə müxalifətin olmasının zərərsiz olduğunu dəyərləndirən Cümə namazı xətibi lakin hər bir şeyi nizama uyğun edilməsinin vacibliyinə işarə edərək: "Fərqli görüşlərə sahib siyasi qrupların və şəxsiyyətlərin varlığı ölkənin faydasınadır. Ancaq bu şərtlə ki bu fərqliliklər qanunlar, yəni İslam, konstitusiya və İmamın vəsiyyətnaməsindəki çərçivədə qalmalıdır. Adı qanun qoyularaq söz mövzusu edilən bəzi məsələlər, gerçəkdə inqilabın qanunlarına və təməllərinə ziddir"-deyib.

Mübarək Ramazan ayının son cüməsinin Qüds günü olmasına da işarə edən Tehranın İmam Cüməsi, Ayətullah Xamenei: "Düşmən keçən illərdə Beynəlxalq Qüds gününü aradan aparmağa çalışdı, lakin bu il yenə İran milləti Tehran və ölkə daxilində təşkil edəcəyi gedişlərlə bu günü hörmət ilə xatırlayacaq və dünya müsəlmanları İran millətini izləyərək Qüds adını bir daha canlandıracaq"-deyib.


Story Code: 11778

News Link :
https://www.islamtimes.org/az/gallery/11778/1/müsəlmanlar-qüds-adini-canlandira-caqlar

Islam Times
  https://www.islamtimes.org