QR CodeQR Code

"QÜDS GÜNÜ" ADLI KONFRANS KEÇIRILDI

İslam-Azeri.az , 17 Sep 2009 22:32

Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin təşkilatçılığı, İslam-Azeri.az internet qəzetinin informasiya dəstəyi ilə Beynəlxalq Qüds Günü münasibətilə iki hissəli tədbir keçirilib.


Tədbirin birinci hissəsində “Qüds günü” adlı konfransda bu günün əhəmiyyətinə işarə edilərək çıxışlar olub.

Tədbirin açılışını Quran tilavətinin oxunuşu ilə Qareyi Quran Hacı Ruslan edib. Sonra Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Hacı Ramin Bayramov təşkil edilmiş konfrans haqqında danışaraq Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sabiq sədri Hacı Abgül Suleymanovun tədris ilə əlaqədar səlahiyyətlərinin Hacı Mehdi Məmmədova verilməsini məlumat kimi xatırladaraq sözü ona verdi.

Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da tədbirdə iştirak edənlərə təşəkkür edərək, Qüds günü barədə qısa çıxış edib.

Daha sonra tədbirin aparıcısı sözü İçərişəhər Cümə məscidinin imam camaatı, DEVAMM sədri ilahiyyatçı alim Hacı İlqar İbrahimoğluna verib.

O ona söz verildiyinə görə təşəkkür edərək , “Qüds və insan haqları” mövzusunda çıxışına başladı.

O çıxışında bu günümüzdə Qüds gününün aktuallığığını vurğulayaraq: “Belə ki, insan haqlarının pozulması hələ də davam edir. Yaxın keçmişdə Qəzzadakı qətliamda da insan haqlarının kobud surətdə pozulmasına şahid olduq. Həmçinin Buşa ayaqqabı atan İraqlı jurnalist Muntəzir Zeydi azadlığa çıxıb. Onun zindanda təzyiqə məruz qaldığı və hətta zəhərləndiyi xəbərləri də yayılıb. Bu da onu göstərir ki, insan haqlarının pozulması hələ də davam edir”-deyərək Qüds gününün Azərbaycan üçün həmdə Qarabağ gününün olduğunu qeyd edərək belə önəmli tədbirinin təşkilinə görə Milli-Mənəvi Dəyərlər İctimai Birliyinə öz təşəkkürünü bildirib.

“Qüds və İslam alimləri” mövzusunda isə Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov çıxış edib.

“Bu gün Fələstin xalqının başına gələn müsibətlər bütün dünya üçün utancdır”-deyən AİP sədri İran İslam İnqilabının banisi Ayətullah İmam Xomeynidən sitat gətirərək: “Qüds günü Qədr gecələrindəndir”-deyib.

Birlik Təşkilatının sədri Hacı Namiq Babaxan isə “Qarabağ və Qüds” mövzusunda çıxış edib.

O Fələstinli körpələrin acılarının hər bir vicdanlı şəxsi kədərləndirdiyini bildirərək bunun üçün də Qüds günü ilə əlaqədar tədbirlərin keçirilməsini mühüm sayıb.

Birlik Təşkilatının sədri çıxışında Qarabağ və Qüds problemlərinin oxşar olduğuna işarə edərək: “Qarabağ problemi Fələstin problemindən sonra ikinci ən uzun müddət həll olunmayan problemdir”-deyərək tədbiri təşkil edən Milli-Mənəvi Dəyərlər İctimai Birliyinə təşkil edib.

Daha sonra çıxış üçün soz Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin Ruhanisi, Hafizi Kulli Quran, Hədis və Quran elmləri üzrə mütəxəssis alim, Kərbəlayi Zülfüqara söz verilib.

O da “Quranda sionist xüsusiyyətli yəhudilər” mövzusunda çıxış edib.

Kərbəlayi Zülfüqar sionistlərin 3 xüsusiyyətindən danışıb.

1) Sionist xislətli yəhudilərin “Düşmənçilik”-xüsusiyyətlərinə işarə edən Kərbəlayi Zülfüqar
Maidə surəsinin 82-ci ayəsinə işarə edərək: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik”, - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir”-ayədən açıq aşkar onların iman gətirənlərə düşmənçilik edildiyini bildirib. Həmçinin o düşmənçilik xüsusiyyəti ilə bağlı, Maidə surəsinin 120-ci ayəsini misal gətirib: “Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lənətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır”.

2) İrqçilik barədə isə Maidə surəsinin 18-ci ayəsinə işarə edən Kərbəlayi Zülfüqar: “Yəhudilər və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və sevimliləriyik”. (Onlara) de: “Bəs onda Allah nə üçün günahlarınıza görə sizə əzab verir?” Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. (Allah) istədiyini bağışlar, istədiyinə əzab verər. Göylərin, yerin və onların arasında olan hər bir şeyin ixtiyarı Allahın əlindədir və axır dönüş də Onun hüzurunadır!”-bu ayədən onların açıq aşkar irqçilik etdiyini bildirib.
3) Əhd-peymana vədə xilaf xislətlərinin də bunlarda çox olduğunu deyən Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin Ruhanisi Tövbə surəsi 12-ci ayəyə işarə edib.
“Əgər əhd bağladıqdan sonra andlarını pozsalar və dininizi yamanlayıb təhqir etsələr, (sözlərinin üstündə durmayan) küfr başçıları ilə vuruşun. Onların həqiqətdə andları (əhdləri) yoxdur (onlar üçün heç bir andın, əhdin əhəmiyyəti yoxdur). Bəlkə, (bu yaramaz işlərdən) əl çəkələr!”-ayəsinin ərəb və tərcüməsini deyən Kərbəlayi Zülfüqar onlarla mücadilənin vacib olduğunu bildirib.

Kərbəlayi Zülfüqardan sonra Mənəvi Dünya İctimai Birliyinin sədri, Məşhədi Dadaş məscidinin axundu ilahiyyatçı Hacı Şahinə verildi. O da “Qüds tarixi” mövzusunda çıxış edərək: “Dövrümüzdə münafiqlər o qədərdir ki, yaşadığımız fəzanın adını nifaq səması qoya bilərik”-deyib.
O çıxşında bütün hegemon dövlətlərin fəaliyyətininin “ədalət” adı ilə olduğunu, zülmlərinə də ədalət donu geyindirdiyini bildirib. O həmçinin separatçıları azadlıq adı ilə, işğalları isə anti-terror əməliyyatı ilə həyata keçirildiyini bildirib.

Bu çıxışdan sonra isə Cəfəri Studiyası tərəfindən hazırlanmış video çarx tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Daha sonra isə ilahiyyatçı Kərbəlayi Taleh “İmam Hüsüyn və Qüds” haqqında çıxış edib. O çıxışında İmam Hüseynin mübarizəsinə və şüarlarına işarə edərək, Kərbəla inqilabını Qüdsdəki müqavimət ilə əlaqələndirib.

Tədbirin birinci hissəsinin sonunda isə ilahiyyatçı Kərbəlayi Emin çıxış edib. O da “Qüdsün mənşəyi” haqqında çıxış edərək bəzi mətləblərə işarə edib.

Tədbirin ikinci hissəsində isə camaat namazı qılındıqdan sonra tədbir iştirakçılarına iftar süfrəsi quruldu.


Story Code: 11830

News Link :
https://www.islamtimes.org/az/gallery/11830/1/qüds-günü-adli-konfrans-keçirildi

Islam Times
  https://www.islamtimes.org