QR CodeQR Code

QÜDS GÜNÜ AKSIYASI

İslam-Azeri.az , 18 Sep 2009 13:53

Bu gün Beynəlxalq Qüds günü münasibəti ilə İsrail səfirliyi qarşısında etiraz aksiyası keçirilib.


İslam-Azeri.az internet qəzetinin xüsusi müxbirinin verdiyi məlumata görə bu gün səhər saatlarında 100-110 şəxs İsrail səfirliyi qarşısında İsrailə etiraz əlaməti olaraq etiraz aksiyası keçirib.

Aksiyada 38 nəfər həbs edilib.

Saxlanılanlar Yasamal Rayon Baş Polis İdarəsinə aparılıb.

Aksiya zamanı Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da həbs edilib.

Aksiya zamanı qətnamə oxunsada polis aksiyanın keçirilməsinə maneə yaradıb.

Lakin aksiya baş tutmuş hesab edilib.

Aksiyada oxunan qətnamənin tam mətni

QÜDS Günü münasibətilə keçirilən etiraz aksiyaçılarının QƏTNAMƏSİ

Biz bu gün, Beynəlxalq Qüds günü dünya müsəlmanları ilə həmrəy olaraq başda Fələstinli məzlumlar olmaqla, bütün zülmə məruz qalanlara dəstək, başda İsrail və ABŞ olmaqla terrorçu və işğalçılara etiraz edirik.
İsrail rejiminin ölkəmizdəki səfirliyindən isə Azərbaycanı tez bir zamanda tərk etməsini və keçmiş səfir Artur Lenkin Azərbaycan xalqının ünvanına dediyi təhqirlərə görə başda inanclı müsəlman olmaqla bütün xalqımızdan üzr istəməsini tələb edirik. Bütün İslami çevrələri isə İsrail və sionist mallarını boykot etməyə çağırırıq.


Story Code: 11847

News Link :
https://www.islamtimes.org/az/gallery/11847/1/qüds-günü-aksiyasi

Islam Times
  https://www.islamtimes.org