QR CodeQR Code

İctimai Palata Şəhidlər Xiyabanını ziyarət etdi

azadlıq , 20 Jan 2012 16:34


Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 22-ci ildönümü qeyd olunur. Saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəmilər, avtomobillər və qatarlar hərəkəti dayandıraraq səs siqnalları veriblər.
Anım günü ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanı kütləvi şəkildə ziyarət olunur. İnsanlar axın-axın Xiyabana gedir, şəhidlərin xatirəsini anır, onların məzarı üstünə qərənfillər qoyur.
İctimai Palataya da ayrıca kolonla Şəhidlər Xiyabanını ziyarət edib. Mərasimə palataya daxil olan siyasi partiyaların lider və funksionerləri, ictimaiyyət nümayəndələri qatılıb.


Story Code: 131811

News Link :
https://www.islamtimes.org/az/gallery/131811/1/ictimai-palata-şəhidlər-xiyabanını-ziyarət-etdi

Islam Times
  https://www.islamtimes.org