0
Friday 20 January 2012 - 16:34

İctimai Palata Şəhidlər Xiyabanını ziyarət etdi

Story Code : 131811
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 22-ci ildönümü qeyd olunur. Saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gəmilər, avtomobillər və qatarlar hərəkəti dayandıraraq səs siqnalları veriblər.
Anım günü ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanı kütləvi şəkildə ziyarət olunur. İnsanlar axın-axın Xiyabana gedir, şəhidlərin xatirəsini anır, onların məzarı üstünə qərənfillər qoyur.
İctimai Palataya da ayrıca kolonla Şəhidlər Xiyabanını ziyarət edib. Mərasimə palataya daxil olan siyasi partiyaların lider və funksionerləri, ictimaiyyət nümayəndələri qatılıb.
Source : azadlıq
Comment